SON XƏBƏRLƏR

Türkiyənin Böyük Birlik Partiyasının başqanı Möhsin Yazıçıoğlunun və daha 5 nəfərin cəsədi tapılıb

2021.10.20, 07:36
Türkiyənin Böyük Birlik Partiyasının başqanı Möhsin Yazıçıoğlunun və daha 5 nəfərin cəsədi tapılıb

Gunaz.tv
Türkiyə. Mayis Əlizadə-APA. Türkiyənin Böyük Birlik Partiyasının (BBP) başqanı Möhsin Yazıçıoğlunun və daha 5 nəfərin qəzaya uğradığı helikopterin düşdüyü yer müəyyənləşib, qəzaya uğrayanların cəsədləri tapılıb. APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin daxili işlər naziri Bəşir Atalay məlumat verib. Nazir deyib ki, helikopter Almadağ və Sisnə arasında tapılıb. İlk olaraq kənd nəzarətçisi Rəmzi Gök helokopterin qəzaya uğradığı yerdə əvvəlcə üç cəsəd tapdıqlarını bildirib. Bunlardan biri helikopterin içində, iki cəsəd isə yaxınlıqdan tapılıb. Bu cəsədlər arasında Türkiyənin İhlas Xəbər Agentliyinin (İHA) müxbiri İsmayıl Günəşin də cəsədi olub. Nəzarətçi deyib ki, helikopterin xüsusilə qarşı tərəfi tamamilə dağılıb və parçaları 50 metrlik əraziyə yayılıb. Nəzarətçilərin axtarışı davam etdirmələri sayəsində ərazidə daha üç cəsəd də tapılıb. Bunlardan biri Mühsin Yazıçıoğlunun cəsədi olub. Qeyd edək ki, heliokopterin qəzaya uğradığı ərazini 17 nəfərdən ibarət dəstə tapıb. Nəzarətçi R. Gök helikopter dağın zirvəsinə düşdüyünü, bura gələn xilasedici dəstənin belə hazırda donma təhlükəsi keçirdiyini qeyd edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar