SON XƏBƏRLƏR

İran İsrail rəsmilərinin beynəlxalq məhkəmədə cəzalandırılmasını tələb edib

2021.10.20, 07:36
İran İsrail rəsmilərinin beynəlxalq məhkəmədə cəzalandırılmasını tələb edib

Gunaz.tv
BMT İnsan Haqları Şurasının 10-cu iclasında İran nümayəndəsi Əlirza Moiri İsrail rəsmilərinin Qəzzaya hücumla bağlı beynəlxalq məhkəmədə cəzalandırılmasını tələb edib. Cenevrədə martın 25-də keçirilən iclasda İran nümayəndəsi Moiri çıxışında bildirib ki, İsrail 60 ildir ki Fələstin ərazilərində "cinayət" törədir və hazırda bu cinayətlər yeni bir mərhələyə keçərək davam edir. İranın Fars agentliyinin məlumatına əsasən, Moiri, İsrailin Qəzza sektoruna hücumunu beynəlxalq konvensiyaların pozulması, "soyqırım", "hərbi cinayət" və zorakılıq adlandırıb. İsrail 2008-ci il dekabrın 27-də Qəzzaya hücum edib. Hücumda 1300 fələstinli həlak olub. İsrail rəsmiləri Qəzzaya nəzarət edən HƏMAS təşkilatını İsrail ərazisinə mütəmadi "Qəssam" raketləri atmaqda ittiham edib. Rəsmi Təl-Əviv HƏMAS-ın raket zərbələrinə cavab olaraq Qəzzaya hücum etmək məcburiyyətində qaldığını bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar