SON XƏBƏRLƏR

ABŞ RUSİYA SƏRHƏDİNƏ QIRICILAR YERLƏŞDİRİR

2021.10.20, 07:36
ABŞ RUSİYA SƏRHƏDİNƏ QIRICILAR YERLƏŞDİRİR

Gunaz.tv
ABŞ RUSİYA SƏRHƏDİNƏ QIRICILAR YERLƏŞDİRİR General Con Kraddok: “NATO ilə Rusiya arasında münasibətlər “soyuq müharibə”də olduğu qədər gərgindir” ABŞ Rusiya ilə həmsərhəd ölkədə qırıcılar yerləşdirmək planı hazırlayıb. Bu barədə məlumat Pentaqonun rəsmi yayım orqanı olan “Air and Space Power Journal”da yer alıb. Bildirilir ki, NATO-nun İtaliyanın “Aviano” bazasından F-16 qırıcılarının Polşa ərazisinə köçürülməsi planlaşdırılır. Plana görə, qırıcılar Rusiya ilə sərhədin bilavasitə yaxınlığında yerləşdiriləcək. Pentaqon həmin ərazidə yeni aviabaza tikmək niyyətindədir. Bu baza NATO-nun Şərqi Avropa qoşun qruplaşmalarının perspektivdə güclənməsinə kömək edəcək. Vaxtilə “Aviano” bazasından NATO qırıcıları keçmiş Yuqoslaviyanın bombardman edilməsi əməliyyatında iştirak ediblər. Xatırladaq ki, ABŞ Polşa ərazisində raketdən müdafiə sistemləri çərçivəsində “Petriot” zenit raketlərinin bazasını yerləşdirməyə hazırlaşır. Bu plan Rusiyanın kəskin narazılığı ilə müşayiət olunur. Amerika hərbi ekspertləri hesab edirlər ki, Polşanın Rusiya ilə sərhədi yaxınlığında NATO qırıcılarının yerləşdirilməsi Ukrayna və Gürcüstanı mümkün hücumlardan qorumaqda alyansa kömək edə bilər. Polşa özü də ABŞ-ın Avropadakı ən sadiq müttəfiqi kimi Rusiyanın təzyiqləri ilə üzləşir. Ancaq ekspertlər qeyd edirlər ki, Polşada aviabaza yerləşdirmək üçün əngəllər də var. Bunlar bazanın tikintisi üçün yüz milyonlarla dolların tapılması, Rusiyanın etrazlarının qarşısının alınması və Polşa hökumətinin razılığıdır. Bu arada NATO-nun Avropadakı qüvvələrinin komandanı, amerikalı general Con Kraddok Konqresdə keçirilən dinləmələr zamanı bildirib ki, Rusiya ilə Amerika arasında münasibətlər “soyuq müharibə” dövründə olduğu qədər gərgindir. Generalın sözlərinə görə, hazırda iki ölkə münasibətlərində “qeyri-müəyyənlik” dövrü yaşanır. Çünki Rusiya Avropa ölkələri arasında ziddiyyət toxumu səpir və ABŞ-ın mövqelərini zəiflətməyə çalışır. Kraddok Rusiya ilə münasibətləri gərginləşdirən başlıca səbəblər arasında ötən ilin avqustunda Gürcüstandakı mühaibəni və Ukrayna ilə yaşanan qaz münaqişəsini göstərib. Onun fikrincə Rusiya ilə münasibətlər daha da mürəkkəbləşə bilər. Kraddok deyib ki, Rusiyanın ötən il Cənubi Osetiyaya müdaxiləsi keçmiş sovet respublikalarının sərhədlərinin toxunulmaz olduğu haqda “soyuq müharibə”nin başa çatmasından sonra formalaşmış təsəvvürləri alt-üst edib. Fərhad Məmmədov

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar