SON XƏBƏRLƏR

Möhsin Yazıçıoğlunun taleyi barədə ziddiyyətli məlumatlar

2021.10.20, 07:36
Möhsin Yazıçıoğlunun taleyi barədə ziddiyyətli məlumatlar

Gunaz.tv
Möhsin Yazıçıoğlunun taleyi barədə ziddiyyətli məlumatlar 10:53 26-03-2009 “İHA” müxbiri hamının öldüyünü deyir, BBP nümayəndələri isə Yazıçıoğlu ilə danışdıqlarını bildirirlər Türkiyənin Böyük Birlik Partiyasının başqanı Möhsin Yazıçıoğlunun da içində olduğu vertolyotun sərnişinlərinin taleyi ilə bağlı hələ də dəqiq informasiya yoxdur. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, BBP liderinin öldüyü barədə məlumat yayılıb. Xatırladaq ki, BBP lideri Möhsin Yazıçıoğlu Kahramanmaraşda keçirilən mitinqdən sonra Yozqata uçan vertolyotun içində olub. Yerli vaxtla saat 13:30-da vertolyotla əlaqə kəsilib. Qəza zamanı vertolyotda daha 5 nəfərin olduğu bildirilir. Az sonra vertolyotun pilotunun 112 təcili yardım xidmətinə zəng edərək qəzaya uğradıqlarını və yaralılar olduğunu bildirdiyi xəbər verilirdi. Son məlumata görə isə qəza barədə ilk olaraq “İHA” agentliyinin vertolyotda olan müxbiri məlumat verib. Jurnalist İsmayıl Günəş hadisədən sonra mobil telefonla zəng edərək qəzaya uğradıqlarını bildirib. O, yaralı olduğunu, ondan başqa vertolyotdakı digər insanların isə öldüyünü iddia edib. Türkiyə Səhiyyə Nazirliyi isə qəzada ölənin olmadığı, 5 nəfərin yaralandığı barədə açıqlama verib. Lakin xilasedicilərin hələ də hadisə yerinə çata bilməməsi səbəbindən məlumatın dəqiq olmadığı vurğulanır. Yazıçıoğlunun özəl qələm müdiri isə BBP lideri ilə telefonla danışdığını bəyan edib. O, artıq xilasedicilərin hadisə yerinə çatdıqları və yaralıların xəstəxanaya aparıldıqlarını bildirib. Lakin bu informasiyanın da dəqiq oilub-olmadığı barədə məlumat yoxdur. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar