SON XƏBƏRLƏR

Təbrizdə Azərbaycan musiqi mərkəzi bağlanıb

2021.10.20, 07:36
Təbrizdə Azərbaycan musiqi mərkəzi bağlanıb

Gunaz.tv
Yerli mənbələrin bildirdiyinə görə, Təbrizli tar müəllimi Həsən Dəmirçinin özəl musiqi məktəbi Eteelaat əməkdaşları tərəfindən qapadılıb. Musiqi məktəbinin bağlanması üçün əsaslı səbəbin göstərilmədiyi bildirilir. Tanınmış ziyalı Həsən Dəmirçinin rəhbərlik etdiyi “Azərbaycan Musiqi Məktəbi”nin fəaliyyəti Təbrizin Mədəniyyət İdarəsinin qeydiyyatından keçib və həmin orqan tərəfindən lisenziyalaşdırılmışdı. Buna baxmayaraq naməlum səbəblərə görə, məktəbin lisenziyasına xitam verilib və qapıları möhürlənib. Bundan öncə, cənab Dəmirçinin iş yerinin bir neçə dəfə Ettelaat əməkdaşları tərəfindən axtarıldığı, musiqi ustasının arxivində saxladığı çox sayda musiqi kasetlərin müsadirə olunduğu barədə xəbərlər yayılmışdı. Azərbaycanlı fəal Həsən Dəmirçi 2006-ci ildə Azərbaycan şəhərlərində baş vermiş etirazlar zamanı həbs olunmuş və 6 ay müddətinə həbsdə saxlanmışdı. Azadlığa buraxıldıqdan sonra onun davamlı təzyiqlərə məruz qaldığı bildirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar