SON XƏBƏRLƏR

QARABAĞDA HƏRBİ TƏLİMLƏR BAŞLAYIB

2021.10.20, 07:36
 QARABAĞDA HƏRBİ TƏLİMLƏR BAŞLAYIB

Gunaz.tv
QARABAĞDA HƏRBİ TƏLİMLƏR BAŞLAYIB Azərbaycan əsgəri yaralanıb C.MƏMMƏDOV Ermənistan Silahlı Qüvvələrinin bölmələri işğal etdikləri Azərbaycan ərazilərində hərbi təlimlərə başlayıb. APA-nın Qarabağ bürosunun məlumatına görə, Ermənistan ordusu birləşmələri Ağdamın Uzundərə ərazisində ağır artilleriya, zirehli texnika və şəxsi heyətin iştirakı ilə manevrlər həyata keçirib. Təlim dünən axşam saatlarında davam edib. Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttinə yaxın kəndlərdə atəş səsləri aşkar şəkildə eşidilib. Dünən gecə isə Ermənistan silahlı qüvvələrinin Tərtər istiqamətində atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri Tərlan Qönçəyev yaralanıb. Yaralı Hərbi Hospitala yerləşdirilib. Əsgər Qax rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər. T.Qönçəyevin vəziyyətinin kafi olduğu bildirilib. Xatırladaq ki, mart ayı Azərbaycan - Ermənistan cəbhəsi üçün həmişə gərgin keçən aylardan olub. 2005-ci ildən bu yana təkcə mart ayında 20 Azərbaycan hərbçisi erməni gülləsindən həlak olub (2005 - 7, 2006 - 6, 2007 - 1, 2008 - 6 nəfər), 27 nəfər isə yaralanıb. Xatırladaq ki, ötən ilin mart ayının 3-4-də cəbhə xəttində baş verən atışma zamanı Azərbaycan tərəfi 5 hərbi qulluqçusunu itirmişdi. Həmin zaman Ermənistan tərəfinin 15 itki verdiyi bildirilirdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar