SON XƏBƏRLƏR

İzmirdə Türk dünyasının Böyük şairi Bəxtiyar Vahabzadə Günü keçirildi

2021.10.20, 07:36
İzmirdə Türk dünyasının Böyük şairi Bəxtiyar Vahabzadə Günü keçirildi

Gunaz.tv
İzmirdə Türk dünyasının Böyük şairi Bəxtiyar Vahabzadə Günü keçirildi Türkiyənin İzmir şəhərində 20 mart 2009 ci il tarixində Azərbaycan Kültür Mərkəzinin və KİBATEK Kültür Mərkəzinin təşəbbüsü ilə keçirilən Novruz festivalının ikinci proqramı olan “Azərbaycan Şeir Gecəsi” və türk dünyasının böyük şairi Bəxtiyar Vahabzadənin yaradıçılığına həsr olunmuş tədbir keçirildi. Tədbirdə tanınmış diaspor nümayəndələri və İzmir şəhərinin elm adamlarıda iştirak edirdilər. Tədbiri giriş sözü ilə Azərbaycan Kültür Mərkəzinin başqanı Camal Mehmetxanoğlu açaraq türk dünyasının böyük şairi Bəxtiyar Vahabzadənin türk dünyasinin ədəbiyyatı üçün gördüyü işləri haqqında qısa olaraq danışaraq bundan sonrada gələcək nəsillər onun yazdığı əsərlərdən bəhrələnəcəklər. KIBATEK,fəxri Başqanı 9 Eylül Üniversitesi Eğitim Fakultəsi öğretim nümayəndəsi Feyyaz Sağlam Bəxtiyar Vahabzadənin türk dünyasinin ədəbiyyatında yeni era açdığını xüsusi ilə türk dünyasının birliyi üçün böyük işlər gördüyünü qeyd etdi. Sonra isə İzmirdə təhsil alan Fərid Muradovun hazırladığı, Bəxtiyar Vahabzadənin, həyatını göstərən sinevizyon yayımlandı. İzmir Üniversitetlərinin tanınmış elm adamları Yrd.Doç.Dr.Hüseyin Tuncer, şair Prof Dr Yusuf Alper, şair Dr Coşkun Şimşəkliyə söz verilərək Bəxtiyar Vahabzadə haqqında və onun yazdığı əsərlərindən şeirləri tədbir iştirakçılarının nəzərinə çatdırdılar. KIBATEK Dərnəyinin üzvləri şairlər və Azərbaycan Kültür Mərkəzinin gənçləri Fatih Akıcı, Gülçin Rəhimova, Şaziyə Gürəcə, Cem Mehmetxanoğlu, İrem Gürece, Fərid Muradov Bəxtiyar Vahabzadənin şeirlerini oxudular. Azərbaycan Məshəti Gəncəvi adına Qadınlar Birliyi tərəfindən KIBATEK İdarə Heyyətinin üç qadın üzvünə Azərbaycan ədəbiyyatında xidmətlərində gördükləri işlərə görə diplomlarlar verildi. Sonda Azərbaycandan gəlmiş Azərbaycan Akademik Opera Baletin Solisti Mütəllim Dəmirovun onun muğam qrupu Bəxtiyar Vahabzadənin qəzəllərindən bəstələnmiş mahnılar oxuyuraq insanların könlünə oxşayan yarım saatlıq mahnılar ifa etdilər. Elnur Eltürk Türkiyənin İzmir şəhəri

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar