SON XƏBƏRLƏR

RUSİYA İRAN ADLANAN YERƏ “S-300” RAKETLƏRİNİN GÖNDƏRİLMƏSİNİ LƏNGİDİR

2021.10.20, 07:36
RUSİYA İRAN ADLANAN YERƏ “S-300” RAKETLƏRİNİN GÖNDƏRİLMƏSİNİ LƏNGİDİR

Gunaz.tv
RUSİYA İRANA “S-300” RAKETLƏRİNİN GÖNDƏRİLMƏSİNİ LƏNGİDİR Rəsmi Moskva bəyan edir ki, bu sövdələşmə beynəlxalq vəziyyətdən asılı olacaq Rusiya İrana "S-300" zenit-raket komplekslərinin göndərildiyi haqda Qərb mənbələrində yayılmış xəbərləri təkzib edib. "Amerikanın səsi"nin məlumatına görə, Rusiya rəsmiləri deyiblər ki, İranı təkmilləşdirilmiş hava müdafiə sistemi ilə təmin edəcək saziş hələ başa çatdırılmayıb. Federal Hərbi-Texnoloji Əməkdaşlıq Xidmətinin rəsmisi jurnalistlərə açıqlamasında deyib ki, Rusiyanın İranla müqavilədən imtina etmək niyyəti yoxdur. Ancaq onun sözlərinə görə, "S-300" hava müdafiə raketlərinin İrana verilməsi beynəlxalq vəziyyətdən asılı olacaq. Rəsmi habelə bildirib ki, sazişin taleyi ölkə liderlərinin qərarından asılıdır. İran Rusiyaya bir neçə il əvvəl imzalanmış sazişə əməl edərək, qırıcı təyyarələr əleyhinə raketləri göndərməsi üçün təzyiq göstərir. Ekspertlərə görə, İran "S-300" raketlərini əldə etsə və onu planlaşdırdığı kimi nüvə obyektləri ətrafında yerləşdirsə, o zaman İsrail və ya ABŞ-ın bu obyektlərə zərbə endirmək imkanları məhdudlaşa bilər. Çünki həmin raketlər dünyada ən mükəmməl zenit-raket sistemlərindən biri olmaqla bütün növ hava hədəflərindən effektiv müdafiəni təmin edir. İsrail və ABŞ dəfələrlə Rusiyanı İrana belə raketlər göndərməkdən çəkinməyə çağırıb. İranla "S-300" raketlərinə dair imzalanmış müqavilənin dəyəri 700 milyon dollardan yuxarıdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar