SON XƏBƏRLƏR

«SEPAH» BİR SIRA SAYTLARI QAPADIB

2021.10.20, 07:36
«SEPAH» BİR SIRA SAYTLARI QAPADIB

Gunaz.tv
«SEPAH» BİR SIRA SAYTLARI QAPADIB İran İnqilab Keşikçiləri Korpusu («Sepah») Mütəşəkkil İnternet Cinayətkarlığını Araşdırma Mərkəzi bəyanat yayaraq dövlət çevrilişi və məxməri inqilaba zəmin yaratmaq yönündə fəaliyyət göstərən, əsasən xaricdən dəstəklənən saytları qapatdığını, bir neçə şəxsi həbs etdiyini bildirib. bəyanatda qapadılan sayt və bloqlar ölkənin dini rəhbərlərini və islam müqəddəslərini təhqirdə, dinə və islam mədəniyyətinə qarşı təbliğat aparmaqda və əxlaqsız yazılar dərc etməkdə günahlandırılıb. Qapadılan saytların və tutulan şəxslərin kimliyi barədə hər hansı bir məlumat verilməyib. İran Məhkəmə Sistemi rəsmilərinin verdiyi rəsmi məlumata görə, son illərdə dövlət quruluşuna qarşı təbliğat aparmaqda və əxlaqa zidd material yaymaqda təqsirli bilinən 5 milyon sayt və bloqun fəaliyyətinə son qoyulub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar