SON XƏBƏRLƏR

Qondarma DAĞLIQ QARABAĞ rejiminə heç vaxt Mustəqillik verilməyəcək (Prezidentin 20 mart nitqindən)

2021.10.20, 07:36
Qondarma DAĞLIQ QARABAĞ rejiminə heç vaxt Mustəqillik verilməyəcək (Prezidentin 20 mart nitqindən)

Gunaz.tv
Qondarma DAĞLIQ QARABAĞ rejiminə heç vaxt Mustəqillik verilməyəcək (Prezidentin 20 mart nitqindən) Martın 20-də Bakıda düzənlənən Novruz şənliyinə qatılan prezident İlham Əliyev mərasimə toplaşanlar qarşısında nitq söyləyib. Dövlət başçısı çıxışında Dağlıq qarabağ probleminə də toxunub: “Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində uzun illərdir ki, torpaqlarımız işğal altındadır. Yüz minlərlə azərbaycanlı etnik təmizləmə siyasəti nəticəsində öz doğma torpağından didərgin salınıb, qaçqın-köçkün vəziyyətinə düşüb. Biz bütün imkanlardan istifadə edirik ki, bu məsələni ədalətli, beynəlxalq hüquq normalarına uyğun şəkildə həll edək. Həm iqtisadi imkanlarımızı, həm də diplomatik səylərimizi artırırıq. Eyni zamanda hərbi gücümüzü artırırıq və ötən il Azərbaycanda keçirilmiş hərbi parad bizim nə qədər güclü ordu potensialına malik olduğumuzu bütün dünyaya sübut etdi. Biz çalışırıq ki, məsələ sülh yolu ilə həll olunsun. Ancaq eyni zamanda məsələ ədalətli həll olunmalıdır, beynəlxalq hüquq normalarına uyğun şəkildə, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Qondarma Dağlıq Qarabağ rejiminə heç vaxt müstəqillik verilməyəcək. Azərbaycan öz torpaqlarının itirilməsi ilə heç vaxt barışmayacaq. Biz nə qədər güclü olsaq, məsələnin həlli bir o qədər yaxın olacaq”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar