SON XƏBƏRLƏR

Bakıda beynəlxalq muğam festivalı öz işini davam etdirir

2021.10.20, 07:36
Bakıda beynəlxalq muğam festivalı öz işini davam etdirir

Gunaz.tv
Bakıda beynəlxalq muğam festivalı öz işini davam etdirir Beynəlxalq muğam mərkəzində keçirilən konsertdə xalq artistləri Mənsum İbrahimov «Rast», Mələkxanım Eyyubova isə «Bayatı-Şiraz» muğamlarını ifa ediblər «Bakı İslam Mədəniyyətinin paytaxtı-2009» tədbirləri çərçivəsində keçirilən beynəlxalq muğam festivalı çərçivəsində martın 21-də növbəti konsert proqramı keçirilib. Beynəlxalq muğam mərkəzində keçirilən konsertdə xalq artistləri Mənsum İbrahimov «Rast», Mələkxanım Eyyubova isə «Bayatı-Şiraz» muğamlarını ifa ediblər. Həmçinin Konsertdə İtaliyadan Maraqi və Suriyadan Al Kindi ansamblları çıxış edib. Qeyd edək ki, martın 25-dək davam edəcək «Muğam Aləmi» festivalında Azərbaycan ilə yanaşı, ABŞ, Fransa, İtaliya, Almaniya, Suriya, İraq, Mərakeş, Özbəkistan, İran, Misir, Hindistan və digər ölkələr də təmsil olunur. Həmçinin, muğam ifaçılarının beynəlxalq müsabiqəsi də keçiriləcək. /ANS TV/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar