SON XƏBƏRLƏR

İran Rusiya ilə ölkənin şimal bölgələrinin qazla təmin olunması üçün memerandum imzalayıb

2021.10.20, 07:36
İran Rusiya ilə ölkənin şimal bölgələrinin qazla təmin olunması üçün memerandum imzalayıb

Gunaz.tv
İran Rusiya ilə ölkənin şimal bölgələrinin qazla təmin olunması üçün memerandum imzalayıb «Qazprom»un bu bölgəyə ötürdüyü qazın əvəzini İranın cənubunda Rusiya tərəfinə təhvil veriləcək İranın şimalında təbii qaz qıtlığı müşahidə olunmur. Böyük qəsəbə və şəhərlər tam qazlaşdırılıb. Bunu Astara sərhəd keçid məntəqəsində, Şimali İranda yaşayanlar bildirirlər. İran vətəndaşlarının sözlərinə görə, benzinlə bağlı problemlər olsa da, bu qazda müşahidə olunmur. Amma buna baxmayaraq, İran hökuməti Rusiya ilə ölkənin şimal bölgələrinin mavi yanacaqla təmin olunması ilə bağlı memerandum imzalayıb. «Qazprom»un bu bölgəyə ötürdüyü qazın əvəzini İranın cənubunda Rusiya tərəfinə təhvil veriləcək. İranın şimalında əhalinin qazla normal təmin olunduğunu əsas gətirən ekspert İlham Şaban hesab edir ki, İranla Rusiya arasında qaz mübadiləsinə dair anlaşma Rusiya qazınının sonradan Ermənistana nəqlinə gətirib çıxara bilər. Həm İranla Rusiya arasında, həm də Ermənistanla İran arasında mavi yanacağın nəqlinə dair razılıq qazpromun mavi yanacağı Ermənistana ötürməsinə imkan yaradır. O, 2 ölkə arasında razılaşmanın siyasi çalarlarının iqtisadi amilləri üstələdiyini düşünür. İlham Şabanın sözlərinə görə, mübadilə tipli bu anlaşma əslində qazın xarici bazarlara çıxarılmasına xidmət edir: «Yeganə mülahizə qalır ki, İran Rusiya kontraktı çərçivəsinlə Gürcüstanla vəziyyətin daha da gərginləşəcəyi şəraitdə Ermənistan üçün lazım olan həcmləri ötürə bilər. Ancaq o vaxt mümkündür ki, Ermənistana ötürülməsin, bu molekulyar səviyyədə olmasa da, müşahidə və nəzarət İran qapalı olduğundan mümkün deyil». 2007-ci ilin mart ayında İranla Ermənistan arasında qaz kəmərinin bir hissəsinin çəkildiyini xatırladan İlham Şaban hesab edir ki, Rusiya tərəfi bu anlaşmanın əsl məqsədini gizlədir. Yeri gəlmişkən, Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev ANS TV-yə müsahibəsində deyib ki, qazın İrana ötürülməsində Azərbaycan tranzit ölkə kimi çıxış edə bilər: «Amma qaz İrana Azərbaycan ərazisi ilə nəql edilsə, əsas şərt kimi yanacağın sonradan ermənistana ötürülməməsi tələb olunacaq». /ANS TV/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar