SON XƏBƏRLƏR

Türkiyədə İlk dəfə olaraq “Təbriz Gecəsi” keçirildi

2021.10.20, 07:36
Türkiyədə İlk dəfə olaraq “Təbriz Gecəsi” keçirildi

Gunaz.tv
Türkiyədə İlk dəfə olaraq “Təbriz Gecəsi” keçirildi 21 Mart 2009 ci il tarixində Azərbaycan Kültür Mərkəzinin və Dünya Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə Türkiyənin İzmir şəhərində insanları duyğulandıran və ürəkləri fəht edən izdihamlı “Təbriz Gecəsi” keçirildi. Tədbir 9 Eylül Üniversitesi, tibb Fakültesi anfilerinde adlı məkanda baş tutdu. Tədbirdə Türkiyənin,Quzey və Güney Azərbaycanda olan tanınmış elm adamları,içtimai xadimlər,iş adamları və tələbələr iştirak edirdilər. Tədbiri giriş sözü ilə Azərbaycan Kültür Mərkəzinin başqanı Camal Mehmetxanoğlu acaraq ilk öncə tədbir iştirakçılarını salamladıqdan sonra Təbrizin tarixindən və Güney Azərbaycanda baş verən proseslərdən danışdıqdan sonra sözü tədbirdə qonaq qismində iştirak edən Dünya Azərbaycanlıları Konqresinin Fəxri Sədri professor Qulamrza Səbri Təbriziyə verdi. Səbri bəy bu gün Güneydə milyonlarla insanlarımızın öz ana dilindın məhrum olmasından və ancaq buna baxmayaraq milli fəallarımız öz haqqları uğrunda mücadilə apardıqlarını qeyd edərək o bir daha tədbirin təşkilatçılarına gözəl tədbir düzənlədiklərinə görə təşəkkürünü bildirdi. Dünya Azərbaycanlıları Konqresinin adından çıxış edən İdarə Heyyətinin üzvü Asif Qurbanov Türkiyənin İzmir şəhərində belə bir tədbirin keçirilməsinin böyük hadisə olduğunu və xüsusi ilə tədbirə coxlu sayda insanların qatılması artıq onu göstərir ki,insanlarımız milli məsələlərdə milli birliyi ortaya qoya bilirlər və bu tədbirlər birliyi daha da güclənidirəcəkdir. Bolçova Bələdiyyəsinin Mədəniyyət bölməsinin müdüri Azərbaycan türkü şair Tuğrul Kəskin türk dünyasının tarixi şəhəri olan Təbriz Gecəsinin İzmir şəhərində keçirilməsindən cox şad olduğunu və belə tədbirləri İzmirdə tez tez görməsini arzuladı. KİBATEK dərnəyinin başqanı Fəyyaz Sağlam son vaxtlar Azərbaycan Kültür Mərkəzinin və Dünya Azərbaycanlıları Konqersinin cox gözəl işlər ortaya qoyduğunu və artıq İzmirdə yaşayan Azərbaycan türklərinin gülcü təşkilatlandığını bildirdi. Tədbirin digər hissəsi olan və insanları dahada çoşduran bədii hissə yüksək səviyyədə hazırlanmışdır. Azərbaycandan gəlmiş Akademik Oprera Baletin solisti Mütəllim Dəmirov və 2007 ci il Muğam müsabiqəsinin iştirakçısı Nişanə Baxışova muğam mahnıları ilə zalda olan insanları coşdurdular. 1981 ci ildə İzmir və Güney Azərbaycanlılar tərəfindən qurulmuş TOY qrupu öz fəaliyyət ansamblı tərəfindən gözəl rəqs və mahnılari ifa etdilər. Azərbaycan Kültür Mərkəzi gəncləri tərəfındən Güney Azərbaycanın tarixinə bu günnə aid şeirlər oxundular. Sonda Azərbaycan Kültür Mərkəzi tərəfindən festivala öz maddi köməkliyinə göstərdiyinə görə Dünya Azərbaycanlıları Konqresinin İdarə Heyyətinin üzvü Asif Qurbanov, İzmirin əksər yerlərində ifaşalarının qoyulmasında yaxından iştirak etdiyinə görə Bolçova Bələdiyyəsinin Mədəniyyət sektorunun müdiri Tuğrul Keskin,tədbirdə gözəl şeirlər söyədiyinə və fəallıq göstərdiyinə görə KİBATEK dərnəyinin başqanı Fəyyaz Sağlam, Festivalın Dünya tanıdılmasında xidmətlərinə görə Bakı Strateji Araşdırmalar Mərkəzinin başqanı Elnur Eltürk və TOY qrupunun üzvləri təşəkkür diplomu ilə təltif edildilər. Elnur Eltürk Türkiyənin İzmir şəhəri

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar