SON XƏBƏRLƏR

Xamneyini təhqir edən bolqer həbsxanada ölüb

2021.10.20, 07:36
Xamneyini təhqir edən bolqer həbsxanada ölüb

Gunaz.tv
Xamneyini təhqir edən bolqer həbsxanada ölüb 17:24 19-03-2009 İranın dini lideri ayətulla Əli Xamneyini təhqir etdiyini görə həbs cəzasına məhkum edilən 29 yaşlı bloqer (internetdə gündəlik aparan şəxs) Ümid Mir Səyafi naməlum şəraitdə Evin həbsxanasında dünyasını dəyişib. Lent.az-ın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, həbsxana administrasiyası gəncin intihar etdiyini bildirsə də, hələlik onun ölümünün dəqiq səbəbləri məlum deyil. Səyafinin vəkili cəsədin dərhal yarılmasını və ölümün səbəbinin müəyyən edilməsini tələb edib. Hüquqşünas əlavə edib ki, hadisədən az öncə bloqerin kamera yoldaşı ona zəng edərək Xamneyini təhqir etdiyi bildirilən şəxsin ürək döyüntülərinin zəiflədiyini söyləyib. Buna baxmayaraq, həbsxana klinikasının həkimləri onun simulyasiya etdiyini bildiriblər. Ümid Mir Səyafi Xamneyini təhqir etmək ittihamı ilə 2008-ci ilin aprelində həbs olunub. Üstündən bir ay keçəndən sonra Ümidi girov müqabilində azad edilib. 2009-cu ilin əvvəlində isə onu yenidən tutublar. İttiham tərəfinin fikrincə, gənc öz qeydlərində ali dini rəhbəri təhqir edib. Məhkəmə isə onun barəsində 30 aylıq həbs cəzası kəsib. Səyafini İslamı təhqir etmək ittihamı ilə də mühakimə edəcəklərmiş. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar