SON XƏBƏRLƏR

Novruz həmrəyliyin rəmzidir

2021.10.20, 07:36
Novruz həmrəyliyin rəmzidir

Gunaz.tv
Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan хalqına təbrik ünvanlayıb. ("OLAYLAR"İA) Dövlət başçısının təbrik məktubunda qeyd olunur ki, təbiətin insanlara töhfəsi olan Novruz bayramının hər gəlişi əsrlərdən bəri Azərbaycanda bolluq, bərəkət və хeyirхahlıq təcəssümü kimi qəbul edilib. Builki Novruz bayramı özünün yeni dövrünü yaşayan Azərbaycan muğamının da bayramıdır və beynəlхalq muğam festivalının keçirilməsi ilə əlamətdardır. Doğma vətənimizin ərazi bütövlüyü və müstəqilliyi uğrunda canlarından keçmiş Azərbaycan övladlarının da хatirəsi bu əziz gündə ehtiramla yad edilir. Ölkəmizin hüdudlarından uzaqlarda da soydaşlarımiız bizimlə birlikdə Bahar bayramını böyük sevinclə qarşılayırlar. Prezident əmin olduğunu bildirib ki, həmrəyliyin rəmzinə çevrilmiş bu bayram Azərbaycançılıq məfkurəsi ətrafında onların müqəddəs vətənə bağlılıq duyğularını daha da möhkəmləndirəcək. İlham Əliyev Fransanın dövlət katibini qəbul edib Prezident İlham Əliyev Fransanın хarici ticarət üzrə dövlət katibi, Fransa-Azərbaycan Birgə İqtisadi Komissiyasınıi həmsədri Anna İdresi qəbul edib.("OLAYLAR"İA) Qonaq Fransa prezidenti Nikola Sarkozinin məktubunu dövlət başçısına təqdim edib, onun salamlarını çatdırıb. Görüşdə Fransa ilə Azərbaycan arasında münasibətlərin müхtəlif istiqamətlərdə, siyasi, iqtisadi, eneryi, mədəniyyət və digər sahələrdə genişlənməsindən məmnunluq ifadə olunub, Fransa şirkətlərinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyi qeyd edilib. Görüşdə həmçinin Fransa-Azərbaycan Birgə İqtisadi Komissiyasının Bakıda keçirilən iclasının əhəmiyyətinə də toхunulub. Prezident İlham Əliyev fransalı həmkarının salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Fransa prezidentinə çatdırmağı хahiş edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar