SON XƏBƏRLƏR

AZƏRİN TÜRKİYƏDƏ MART SOYQIRIMINDAN DANIŞACAQ

2021.10.20, 07:36
AZƏRİN TÜRKİYƏDƏ MART SOYQIRIMINDAN DANIŞACAQ

Gunaz.tv
AZƏRİN TÜRKİYƏDƏ MART SOYQIRIMINDAN DANIŞACAQ Eyni zamanda, müğənni səhnəni Tarkanla bölüşəcək ZƏMİNƏ Martın 21-də Türkiyənin dövlət kanalı olan TRT-nin yeni "TRT-Türk" qolunun açılışı olacaq. Tədbirdə Azərbaycanla yanaşı, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və digər türk ellərindən gələn qonaqlar iştirak edəcəklər. Azərbaycanın əməkdar artisti Azərinin də açılış mərasimində çıxışı nəzərdə tutulub. Onun bu səfəri iki məqsəd daşıyacaq. Müğənninin "Ayna"ya bildirdiyinə görə, o, tədbirdə mart soyqırımından danışacaq: "Türkiyəyə ötən səfərim Xocalı faciəsinin ildönümünə təsadüf etdiyindən efirdə bu barədə çıxışlarım oldu. Növbəti təklifi alanda telekanal rəhbərliyindən mənə daha bir imkanın verilməsini xahiş etdim. Orada həm mahnı töhfəmi təqdim edəcəyəm, həm də mart soyqırımı ilə bağlı məlumatı tədbir iştirakçılarına çatdıracağam. Mənə digər kanallarda da çıxış etmək imkanı veriləcək. Novruz bayramı ərəfəsində olduğumuzdan milli adət-ənənələrimiz barədə də söhbət açmağı düşünürəm". Azərin qatılacağı tədbirin proqramı barədə də danışdı: "Məndə olan informasiyaya görə, yuxarıda adını çəkdiyim ölkələrlə yanaşı, Azərbaycanda da keçirilən Novruz bayramı şənlikləri yeni telekanalda yayımlanacaq. Həmçinin məşhur "İpək yolu" sənədli filminin nümayişi, "Dağdayıq" adlı yarış proqramının keçirilməsi planlaşdırılıb. Ən başlıcası isə, telekanalın açılışında Türkiyənin meqastarı Tarkan da konsert proqramı ilə çıxış edəcək".

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar