SON XƏBƏRLƏR

İZMIRDƏ BƏXTIYAR VAHABZADƏNIN YARADICILIQ GECƏSI BAŞ TUTUB

2021.10.20, 07:36
İZMIRDƏ BƏXTIYAR VAHABZADƏNIN YARADICILIQ GECƏSI BAŞ TUTUB

Gunaz.tv
FƏRƏH Türkiyənin İzmir şəhərində Novruz festivalı keçirilir. Həmin tədbirin tərkib hissəsi olaraq dünən İzmirdə "Azərbaycan şeir gecəsi" keçirilib. Azərbaycan Kültür Mərkəzinin təşəbbüsü və KIBATEK Dərnəyinin birgə dəstəyi ilə baş tutan bu gecə türk dünyasının böyük şairi Bəxtiyar Vahabzadənin yaradıcılığına həsr edilib. Azərbaycan Kültür Mərkəzinin başqanı Camal Mehmetxanoğlunun verdiyi açıqlamaya görə, tədbirdə Bəxtiyar Vahabzadənin poeziyası, türk dünyası üçün gördüyü işlər haqqında söz açılıb. Gecənin ikinci hissəsində böyük şairin şeirləri gənclər tərəfindən ifa olunub. Tədbirə 9 Eylül Universitetindən Hüseyin Tuncer, professor Yusuf Alper, doktor Coşkun Şimşekli qonaq qismində qatılıblar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar