SON XƏBƏRLƏR

Neftin qiyməti 48 dollara düşüb

2021.10.20, 07:36
Neftin qiyməti 48 dollara düşüb

Gunaz.tv
Martın 18-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair aprel müqaviləsinin dəyəri 1,02 dollar və ya 2,08% azalaraq 1 barelə görə 48,14 dollar təşkil edib. "APA-Economics"in məlumatına görə, martın 18-də ICE London qitələrarası birjasında apreldə ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 0,58 dollar azalaraq 47,66 dollar təşkil edib. Neftin ucuzlaşmasının əsas səbəb ABŞ-da ötən həftə ərzində neft və neft məhsulları ehtiyatlarının artması barədə məlumatlar olub. Belə ki, ABŞ-ın Enerji İnformasiya İdarəsinin məlumatlarına görə, ötən həftə neft ehtiyatları 2 mln. barel, benzin ehtiyatları 3,2 mln. barel, dizel yanacağı və mazut ehtiyatları 100 min barel artıb. Beləliklə, ölkənin neft ehtiyatları 353,3 mln. barelə, benzin ehtiyatları 215,7 mln. barelə, dizel yanacağı və mazut ehtiyatları 145,5 mln. barelə çatıb. Analitiklər neft ehtiyatlarının 500 min barelə, benzin ehtiyatların 1 mln. barelə, dizel yanacağı və mazut ehtiyatlarının 300 min barel artacağını proqnozlaşdırırdı.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar