SON XƏBƏRLƏR

İsa Qəmbər: "Referendum baş tutmayıb"

2021.10.20, 07:36
İsa Qəmbər: "Referendum baş tutmayıb"

Gunaz.tv
Referendumu boykot edən Müsavat partiyasının başqanı, “Respublikaçılar” təşəbbüs qrupunun təmsilçisi İsa Qəmbər hesab edir ki, Konstitusiya dəyişiklikləriylə bağlı referendum baş tutmayıb. İsa Qəmbər “Azadlıq” radiosuna müsahibəsində bildirib ki, onlarda olan məlumatlara görə seçicilərin yalnız 15%-ə qədəri referenduma qatılıb. O da büdcə təşkilatlarında işləyənlərin məcburi cəlb edilməsi, karusel əməliyyatları və başqa qeyri-qanuni tədbirlər hesabına: - Bu da İlham Əliyev rejiminin referendum addımının tam fiaskosu, iflasa uğraması deməkdir. Əminliklə bildirirəm ki, İlham Əliyevin hakimiyyətinin uzadılmasına yönəlmiş bu referendum rejimin ömrünü daha da qısaldacaq. Əliyevlər ailəsinin hakimiyyətdə olduğu dövrü əhəmiyyətli dərəcədə azaldacaq. Ria.Az

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar