SON XƏBƏRLƏR

19/03/09 MSK sədri: “Referenduma çıxarılan dəyişikliklər qəbul edilib”

2021.10.20, 07:36
19/03/09 MSK sədri: “Referenduma çıxarılan dəyişikliklər qəbul edilib”

Gunaz.tv
Martın 18-də Azərbaycan Konstitusiyasına edilən əlavə və dəyişikliklərlə bağlı keçirilən referendum baş tutub. RİA-nın məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov referendumun ilkin nəticələri ilə bağlı martın 19-u gecə saat 01:00 radələrində keçirdiyi mətbuat konfransında bildirib. Səsvermənin nəticələrindən razı qaldığını deyən Pənahov, bu müddət ərzində referendumla bağlı MSK-ya heç bir rəsmi şikayət daxil olmadığını bildirib. “5367 məntəqə səsvermə keçirilib. Səsvermə çox sakit keçib. Məntəqələrin mütləq əksəriyyəti öz vəzifələrinin öhdəsindən layiqincə gəlib. Səsvermə prosesində heç bir ciddi qanun pozuntusu qeydə alınmayıb”, - deyə Pənahov bildirib. MSK sədrinin sözlərinə görə, qurumun “qaynar xətti”nə müəyyən xoşagəlməz hallarla bağlı zənglər daxil olsa da, araşdırmalardan sonra onların bir çoxnunun həqiqətə uyğun olmadığı məlum olub. MSK sədri bildirib ki, ümumilikdə 2900 (54 faiz) məntəqədən daxil olan protokolların nəticələrinə görə, 71,08 faiz seçici təklif olunan dəyişikliyə öz münasibətini bildirib. Səsvermədə iştirak edən seçicilərin 80 faizindən çoxu təklif olunan dəyişikliyə “HƏ” deyib. Məzahir Pənahov bildirib ki, yaxın 25 gün ərzində referendumun yekun nəticələri elan olunacaq. Xatırladaq ki, martın 18-də Azərbaycanda Konstitusiyanın 29-cu maddəsinə əlavə və dəyişikliklərin edilməsi ilə bağlı referendum keçirilib. Referendumda Konstitusiyanın 29 maddəsinə 41 dəyişiklik təklif edilib. Onlardan ən önəmlisi bir nəfərin iki dəfdən artıq prezidentliyə namizədliyinin irəli sürülməsinə qoylun məhdudiyyətin ləğv edilməsi olub. Referenduma çıxarılan əlavə və dəyişikliklərin tam siyahısı ilə barada tanış ola bilərsiniz. Ria.Az

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar