SON XƏBƏRLƏR

FRANSA NATO-NUN HƏRBİ STRUKTURLARINA QAYIDIR

2021.10.20, 07:36
FRANSA NATO-NUN HƏRBİ STRUKTURLARINA QAYIDIR

Gunaz.tv
FRANSA NATO-NUN HƏRBİ STRUKTURLARINA QAYIDIR Parlament prezident Nikola Sarkozinin bu barədə qərarını dəstəklədi Şimali Atlantika alyansının hərbi qüvvələri daha bir nüvə ölkəsinin qoşunları hesabına güclənir. Fransa NATO-nun hərbi strukturlarına qatılır və bundan sonra alyansın hərbi komandanlığında iştirak edə biləcək. Xəbərlərə görə, Fransa hökuməti, prezident Nikola Sarkozinin NATO blokuna qoşulmaq təşəbbüsü də daxil olmaqla öz xarici siyasətinə dair parlamentdə keçirilən etimad səsverməsində qalib gəlib. Fransa bu təşkilatı 40 il bundan əvvəl tərk etmişdi. Fransanın Milli Məclisi hökumətə etimad barədə qərarı 91 səs çoxluğu ilə qəbul edib. Nəticələri Fransa Milli Məclisinin sədri Bernard Accoyer elan edib: “Cəmi 567 səs verilib. Mütləq çoxluq 284-dür. Lehinə 329 səs verilib, əleyhinə 238. Beləliklə, Milli Məclis hökumətin xarici siyasət bəyannaməsini qəbul edib”, - deyə o bildirib. Beləliklə də Fransanın NATO-ya qoşulması yolundakı maneə aradan qalxmış olub. Belə bir təşəbbüslə Fransa prezidenti Nikolas Sarkozi ötən həftə çıxış etmişdi. O öz təşəbbüsünü belə izah etmişdi ki, NATO-nun əsasını qoyan və böyüklüyünə görə dördüncü ölkə sayılan Fransa NATO-nun qərar qəbuletmə prosesində daha güclü səsə malik olmalıdır. Lakin səsvermənin nəticələrindən də görünür ki, heç də hamı Fransanın NATO-ya qoşulmasına tərəfdar deyil. Bu qərarı tənqid edənlər deyirlər ki, bu addım Parisin Vaşinqtondan asılılığını artıracaq. Məsələn, ölkənin keçmiş sosialist baş naziri Loren Fabius bu qənaətdədir: “Dünyanın çoxqütblülüyə getdiyi bir şəraitdə axının əleyhinə üzmək, özünü blok gücləri məntiqinə bağlamaq o deməkdir ki, səni narahat edən bircə şey NATO-nun və Qərbin müdafiəsidir”. Lakin Fransanın hazırkı baş naziri Fransua Filon Parisin Vaşinqtondan asılı vəziyyətə düşəcəyi barədə fikirləri rədd edib. O deyib ki, Fransa vassal yox, müttəfiqdir. Sədaqətlidir, lakin boyun əyən deyil, qardaşdır, lakin tabeçilikdə olan deyil: “Bizim Amerika ilə münasibətlərimizin təbiəti budur”. Rəsmi baxımdan Fransa 1966-cı ildə o vaxtkı prezident Şarl de Qoll tərəfindən qəbul olunmuş qərarla NATO-dan çıxıb. Lakin Fransanın müdafiə naziri Nerv Morin deyib ki, onun ölkəsinin NATO-da iştirakı uzun illər boyunca düzgün başa düşülməyib. Belə ki, alyansın banilərindən biri olan Fransa əslində onu heç vaxt tərk etməyib. Fransa 1995-ci ildən bəri NATO-nun missiyalarında iştirak edir. Fransanın müdafiə naziri bunu da əlavə edib ki, Paris NATO-ya qayıtsa da, Rusiyanın Avropanın təhlükəsizlik quruculuğundakı rolunu təkzib etmir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar