SON XƏBƏRLƏR

İKİ KEÇMİŞ BAŞ QƏRARGAH RƏİSİ “ERGENEKON” İŞİNƏ CƏLB OLUNA BİLƏR

2021.10.20, 07:36
İKİ KEÇMİŞ BAŞ QƏRARGAH RƏİSİ “ERGENEKON” İŞİNƏ CƏLB OLUNA BİLƏR

Gunaz.tv
İKİ KEÇMİŞ BAŞ QƏRARGAH RƏİSİ “ERGENEKON” İŞİNƏ CƏLB OLUNA BİLƏR “Cümhuriyet” qəzetinin həbs edilən əməkdaşı Mustafa Balbayın gündəliyində Türkiyədə hərbi çevriliş planlarının yer aldığı bildirilir Türkiyə tarixində silahlı qüvvələrin eyni vaxtda iki keçmiş Baş Qərargah rəisi istintaqa cəlb oluna bilər. “Cümhuriyet” qəzetinin Ankara bürosunun rəhbəri, “Ergenekon” işi ilə bağlı yenidən həbs edilən Mustafa Balbayın evindən tapıldığı deyilən gündəlikdə generalların AKP hökumətini devirmək üçün planlar qurduğunu göstərən qeydlər haqda xəbərlər yayıldıqdan sonra keçmiş Baş Qərargah rəisləri Hilmi Özkök və Yaşar Böyükanıt çağırılacaqları təqdirdə istintaqa ifadə verə biləcəklərini deyiblər. Məlumatlara görə, Balbaya aid olduğu deyilən gündəliklərdə o vaxtkı ordu komandanları ilə söhbətlərdən qeydlər yer alır. Qeydlərdə keçmiş Baş Qərargah rəisi Hilmi Özkök əleyhinə ifadələr də var. Belə ki, çevriliş hazırladığı deyilən generallar onu hökumətin adamı olmaqda günahlandırırlar. “Milliyet” qəzetinə açıqlamasında Özkök deyib ki, o, Balbaya aid olduğu deyilən və əslində istintaq materialları arasında yer almalı olan bu gündəliyin mətbuata necə və kimlər tərəfindən sızdırıldığını başa düşməkdə çətinlik çəkir:"İstintaqın gizliliyi deyə prinsip var, necə olur ki, istintaqdan bütün məlumatlar mətbuata ötürülür və bunun qarşısını alan tapılmır?" Özkök deyib ki, o qeydlərdə haqqında yazılanlara və deyilənlərə şübhə edir: "Silah dostlarımın mənim haqqımda bu cür ifadələr işlətməsinə inanmıram". Ordu generalı əlavə edib ki, əgər məhkəmə tərəfindən istintaqa çağırılarsa və ifadəsinin alınmasına ehtiyac olarsa, o zaman gedib ifadə verməyə hazırdır. Çünki qanunlara hörmət edir. İstefada olan ordu generalı Yaşar Böyükanıt da deyib ki, Balbaya aid olduğu deyilən gündəliklərdə adının hallanmasından təəssüflənir. O əlavə edib ki, çevriliş hazırladığı iddia edilən generalların haqqında işlətdiyi ifadələrə şübhə edir. Böyükanıt da istintaqın çağıracağı halda ifadə verməyə hazır olduğunu bildirib. Xatırladaq ki, "Ergenekon" işində adı hallandırılanlar təkcə Böyükanıt və Özkök deyil. Bundan əvvəl AKP mediası keçmiş Baş Qərargah rəislərindən İsmayıl Haqqı Qaradayının da adını “Ergenekon”çular sırasında hallandırıb. F.MƏMMƏDOV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar