SON XƏBƏRLƏR

Admiral Stavridis İranın və Hezbulanın Latın Amerikasında fəaliyyətlərini genişləndirdiyini deyir

2021.10.20, 07:36
Admiral Stavridis İranın və Hezbulanın Latın Amerikasında fəaliyyətlərini genişləndirdiyini deyir

Gunaz.tv
Admiral Stavridis İranın və Hezbulanın Latın Amerikasında fəaliyyətlərini genişləndirdiyini deyir Birləşmiş Ştatların Latın Amerikasındakı hərbi qüvvələrinin komandiri Ceyms Stavridisin bildirdiyinə görə, Livandakı Hezbullah qrupu yaraqlılarının Kolumbiyada narkotik maddələr alverində əli var. ABŞ ordusunun admiralı İranın və Hezbulanın bu regionda fəaliyyətlərini artırdıqları barədə xəbərdarlıq edib. Dünən Senatda keçirilkən Silahlı Qüvvələr Komitəsinin dinləmlərində çıxış edən admiral Stavridis Kolumbiya ilə Hezbullah arasında narkotik maddələrin alış-verişi ilə bağlı birbaşa əlaqələrin olduğunudeyib. Admiralın bu bəyanatıBirləşmiş Ştatların müdafiə naziri Robert Geytsin yanvar ayında açıqladığı məlumatla üst-üstə düşür. O zaman nazir İranı Latın Amerkasının bir neçə ölkəsində fəaliyyətini artırmaqda ittiham etmişdi. Cənab Geyts İranın Mərkəzi və Cənubi Amerikadakı idarələrinin bu regionların daxili işlərinə qarışmaq üçün vasitə kimi açıldığını demişdi. Birləşmiş Ştatların cənub regionlarındakı ordusuna komandanlıq edən admiral Stavridis Latın Amerikasında son beş ildə 6 yeni səfirliyini açan İranın bu bölgələrdə İslamçı fəallarının fəaliyyətlərini genişləndirdiyini deyib. Venesuela ilə bağlı sualları cavablandırarkən isə admiral deyib ki, Uqo Çavez Rusiya ilə münasibətlərini və hərbi qütrətini gücləndirir.voa

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar