SON XƏBƏRLƏR

Türkiyə - Quran kürd dilində nəşr ediləcək

2021.10.20, 07:36
Türkiyə - Quran kürd dilində nəşr ediləcək

Gunaz.tv
Türkiyə - Quran kürd dilində nəşr ediləcək Türkiyə hökuməti kürd dilinə rəsmi tərcümə edilmiş Quranın nəşr olunacağını bəyan edib. Kürdlər Türkiyə əhalisinin 5-də birini təşkil etsələr də kürd dilinin rəsmi idarələrdə istifadəsinə qadağa mövcuddur. Ankara qadağanı milli zəmində ayrıseçkiliyin yarana biləcəyi ilə izah edir. Hökumət sözçüsü deyib ki, Quranın rəsmi nəşri kürdcəyə mövcud olan bir neçə tərcümənin təkmilləşməsinə xidmət edəcək. Təhlilçilərə görə bəyanat gələn həftə keçiriləcək bələdiyyə seçkiləri ərəfəsində kürd elektoratının rəğbətini qazana bilər. Türkiyə hökuməti Avropa İttifaqına daxil olmaq səyləri çərçivəsində kürd azlığının mədəni və siyasi hüquqlarının genişlənməsinə dair kampaniya keçirməkdədir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar