SON XƏBƏRLƏR

ABŞ Dövlət Departamentinin hesabatı rəsmi İrəvanı hiddətləndirib

2021.10.20, 07:36
ABŞ Dövlət Departamentinin hesabatı rəsmi İrəvanı hiddətləndirib

Gunaz.tv
ABŞ Dövlət Departamentinin hesabatı rəsmi İrəvanı hiddətləndirib Edvard Nalbandyan: «İnsan hüquqlarının vəziyyətinə dair hesabat Amerikanın Dağlıq Qarabağ məsələsi ilə bağlı mövqeyini əks etdirmir» «ABŞ Dövlət Departamentinin dünyada insan hüquqlarının vəziyyətinə dair hesabatı Amerikanın Dağlıq Qarabağ məsələsi ilə bağlı mövqeyini əks etdirmir». Bunu Ermənistan parlamentində hökumətin hesabatı zamanı xarici işlər naziri Edvard Nalbandyan deyib. Onun sözlərinə görə, Ağ Evin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı mövqeyi dəfələrlə açıqlanıb: «ABŞ-ın mövqeyi beynəlxalq hüququn prinsip və normalarına əsaslanır. Rəsmi Vaşinqton xüsusilə üç prinsipə önəm verir: güc tətbiqinin yolverilməzliyi, xalqın öz müqəttədarını təyinetmə hüququ və ərazi bütövlüyü. Münaqişənin nizamlanması ilə məşğul olan Birləşmiş Ştatlar rəsmiləri indiyədək dəfələrlə eyni mövqeni təkrarlayıblar. ATƏT-in Minsk Qrpunun amerikalı həmsədri Metyu Brayza iki həftə əvvəl İrəvanda bəyan edib ki, ABŞ-ın mövqeyi həmin üç prinsipə əsaslanır». Xatırladaq ki, ABŞ Dövlət Departamentinin hesabatı fevralın 25-də açıqlanıb. Hesabatda Dağlıq Qarabağla bağlı müddəalar da yer almışdı: «Ermənistanın dəstəyi ilə etnik erməni separatçıları Azərbaycanın Dağlıq Qarabağ regionunu və daha yeddi rayonu nəzarətdə saxlamaqda davam edib. Münaqişə nəticəsində yaranmış cəbhə xətti boyunca 2008-ci il ərzində hər iki tərəfdən çoxsaylı zərərçəkən var». /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar