SON XƏBƏRLƏR

İSTANBULDA SU FORUMU

2021.10.20, 07:36
İSTANBULDA SU FORUMU

Gunaz.tv
Martın 16-da İstanbulda beşinci Dünya Su Forumu başlayıb. Foruma 192 ölkədən 23 min 273 nəfər qatılıb. Onların arasında 3 prezident, 3 kral ailəsi mənsubu, 5 baş nazir, 90 nazir, 63 bələdiyyə sədri və 148 deputat var. «Media forum» saytı xəbər verir ki, İstanbuldakı Sütlücə Qurultay və Mədəniyyət Mərkəzində keçirilən forumun açılışında Türkiyə prezidenti Abdulla Güllə yanaşı, İraq prezidenti Cəlal Təlabani, Yaponiya şahzadəsi Naruhito Kotaişi, Mərakeşin baş naziri Abbas Əl Fassi, BMT baş katibinin müavini Şa Zukanq, Dünya Su Şurasının sədri Loiç Fauçon çıxış ediblər. Onlar dünyadakı içməli su problemi ilə bağlı məsələlərə toxunublar. A.Gül açılış nitqində bildirib ki, lazımi tədbirlər görülməsə, Türkiyə 2010-cu ildə ciddi şəkildə su problemi ilə üzləşə bilər. Dünyanın bəzi bölgələrində içməli sudan istifadə sahəsində ədalətsizliklər olduğunu deyən Gül qeyd edib ki, bu baxımdan da əməkdaşlığa ehtiyac var. Türkiyə prezidenti dünyada 1 milyarda yaxın insanın içməli sudan, 2,5 milyard insanın su ilə bağlı təmizlik və səhiyyə xidmətlərindən məhrum olduğunu vurğulayıb. Forumda UNESCO-nun icraçı direktoru Koişiro Matsurra “Dəyişən dünyada su” adlı hesabatını açıqlayıb. Forumun açılışından sonra Çırağan Sarayında prezidentlər və baş nazirlərin zirvə görüşü olub. Zirvədə də dövlətlərin su siyasəti müzakirə edilib, su mənbələrinin səmərəli istifadəsinə dair təkliflər səsləndirilib. Martın 20-22-də isə So Forumu çərçivəsində nazirlər konfransı keçiriləcək. 90 ölkənin nazirləri dünyadakı iqlim dəyişiklikləri səbəbindən yaranan su problemlərini müzakirə edəcəklər. Forumda dünyanın dörd bir yanından gələn bələdiyyə sədrləri “İstanbul su anlaşması” imzalayacaqlar. Forumun açılışı zamanı 200-ə yaxın şəxs tədbirə etiraz məqsədilə piket keçirib. Lakin polis piketi dağıdıb. Ümumilikdə forumun mühafizəsinə 4 min polis cəlb olunub. Su Forumu martın 22-də başa çatacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar