SON XƏBƏRLƏR

Səudiyyə Ərəbistanı İran adlanan yeri növbəti dəfə tənqid edib

2021.10.20, 07:36
Səudiyyə Ərəbistanı İran adlanan yeri növbəti dəfə tənqid edib

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata əsasən, Səudiyyə Ərəbistanı İran adlanan yeri növbəti sərt ittihamlara məruz qoyub. Maraqlıdır ki, hadisə elə Səudiyyə Ərəbistana səfərə gələn İran adlanan yerin xarici işlər naziri Mənuçöhr Möttəki ilə bu ölkənin xarici işlər naziri Suud Əl-Fəysalın görüşündən sonra keçirilən mətbuat konfransında yaşanıb. Ərəbistan rəsmisi rəsmi Tehranı ərəb ölkələrinin problemlərinə qarışmaqda ittiham edib. Hər iki nazirin keçirdiyi mətbuat konfransında Suud Əl-Fəysal ərəb ölkələrinin öz məsələlərini həll etmək iqtidarında olduğunu və kənar qüvvənin müdaxiləsinin yersiz olduğunu deyib. Qeyd edək ki, səfəri çərçivəsində Mənuçöhr Möttəki Səudiyyə Ərəbistanı kralı Abdlulla ilə də danışıqlar aparıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar