SON XƏBƏRLƏR

Türkiyə ilə Ukrayna arasında müharibə baş verə bilər

2021.10.20, 07:36
Türkiyə ilə Ukrayna arasında müharibə baş verə bilər

Gunaz.tv
Türkiyə ilə Ukrayna arasında Krım yarımadası uğrunda müharibə başlaya bilər. Qaynar.info-nun verdiyi xəbərə görə, bu barədə sovet kəşfiyyatının veteranı İqor Berkut “Brat” adlı yeni kitabının təqdimatı mərasimində proqnoz verib. Onun sözlərinə görə, Türkiyənin Krımda həmişə marağı olub və məqsədlərini həyata keçirmək üçün fürsət gözləyib: "Bunu Rusiyada, Avropada, hətta Ukraynanın özündə də yaxşı bilirlər." İ. Berkut deyib ki, 2017-ci ildə müsəlman xalqlar Krımda sayca üstün olacaqlar və o zaman Türkiyə də fəallaşacaq. “Krım bir neçə ildən sonra bizim “Çeçenistan” olacaq” deyən kəşfiyyatçı Türkiyənin həmişə özününkü hesab etdiyi Krımın Ukraynanın tabeliyində olması ilə hec bir vaxt barışmadığını da iddia edərək proqnozlaşdırdığı müharibənin 10-12 ilə mütləq baş verəcəyini bildirib. // Xanlar Xoca, QayNar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar