SON XƏBƏRLƏR

GAİP milli fəal Əlirza İmaninin hüquqlarını müdafiə məqsədilə Londonda Hollandiya səfirliyi qarşısında...

2021.10.20, 07:36
GAİP milli fəal Əlirza İmaninin hüquqlarını müdafiə məqsədilə Londonda Hollandiya səfirliyi qarşısında...

Gunaz.tv
GAİP milli fəal Əlirza İmaninin hüquqlarını müdafiə məqsədilə Londonda Hollandiya səfirliyi qarşısın 16 mart 2009-cu il tarixdə Güney Azərbaycan İstiqlal Partiyasının İngiltərə təmsilçisi Araz Yurdsevərin təşkilatçılığı altında GAİP-in İngiltərə üzvlərinin iştirakı ilə 28 gün aclıq aksiyası keçirən Güney Azərbaycan milli hərəkat fəalı,GAİP üzvü Əlirza İmaninin hüquqlarının müdafiəsi məqsədilə Londanda Hollandiya səfirliyi qarşısında etiraz aksiyası keçirilib. A.Yurdsevərin verdiyi məlumata görə, icazəli aksiya saat 14.00- də London polisinin müşayiəti ilə başlanıb. Ilk öncə GAİP-in İngiltərə təmsilçisi Əlirza İmani (Elnur Mərəndli) haqqında yazılmış rəsmi müraciəti polis orqanı ilə əvvəlcədən razılaşdırılmış qaydada Hollandiya səfirliyinin siyasi bölməsinin rəsmisinə çatdırıb və həmçinin şifahi olaraq Güney Azərbaycan haqqında, GAİP və onun üzvü olan Əlirza İmani (Elnur Mərəndli) haqqında məlumat verib. Bu arada Ə.İmaninin aksiyada iştirak edən nişanlısı da səfirlik rəsmisinə Əlirza İmaninin hazırki durumu ilə bağlı məlumat verib və onun səhhətindən və qeyri-müəyyən durumundan narahat olduğunu bildirərək, Hollandiya höküməti tərəfindən ona təcili hüquqi və insani yardımın edilməsini xahiş edib. Hollandiya səfirliyinin siyasi bölməsinin rəsmisi onları dinlədikdən sonra bildirib ki, verilən müraciət Hollandiya hökümətinin ilgili məqamlarına çatdırılacaqdır. Bundan sonra aksiya iştirakçılarına Əlirza İmaninin (Elnur Mərəndli) siyasi fəaliyyəti və hazırki acınacaqlı durumu haqqında məlumat verilib və səfirliyin qarşısında “STOP ALIREZA IMANI DEPORTATION TO IRAN!”, “FREE ALIREZA IMANI HUMAN RIGHTS ACTIVIST!”, “ASYLUM RIGHTS IS HUMAN RIGHTS!” , “HUMAN RIGHTS FOR ALIREZA IMANI!”, “LONG LIVE SOUTH AZERBAYCAN INDEPENDENCE PARTY!”, “IRANIAN REGIME IS TERORIST !”, “RESPECT HUMAN RIGHTS!” şüarları nümayiş etdirilib və səsləndirilib. Aksiyada həmçinin Avropa Parlamentinin nümayəndəsi Paulo Casacanın Əlirza İmani ilə Hollandiya baş naziri və Avropa Parlamentinin prezidentinə ünvanladığı məktublar, eləcə də Hollandiya səfirliyinə təqdim olunan məktub oxunub və GAİP-in Araşdırma və İnformasiya Mərkəzinin Əlirza İmaninin son durumu ilə bağlı verdiyi məlumatlar aksiya iştirakçılarının nəzərinə çatdırılıb. Sonda İngiltərənin müxtəlif şəhərlərindən, o cümlədən Liverpool, Birmingham, Wales, Leedsdən gələn azərbaycanlı və qeyri-azərbaycanlı aksiya iştirakçılarına təşəkkür edilib və aksiya saat 16.00-da başa çatıb. GAİP-in Araşdırma və İnformasiya Mərkəzi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar