SON XƏBƏRLƏR

BİR FƏAL MƏHKƏMƏYƏ ÇAĞIRILIB, DİGƏRİNİ AXTARIRLAR

2021.10.20, 07:36
BİR FƏAL MƏHKƏMƏYƏ ÇAĞIRILIB, DİGƏRİNİ AXTARIRLAR

Gunaz.tv
Milli fəal İbrahim Nuri məhkəməyə çağırılıb. «Media forum» saytının məlumatına görə, Əhər İnqilab Məhkəməsi fəalın evinə yazılı xəbərdarlıq göndərərək məhkəməyə gəlməsini tələb edib. Dövlət quruluşuna qarşı təbliğatda günahlandırılan İ.Nurinin bundan əvvəl də bir neçə dəfə məhkəməyə çağırıldığı bildirilir. Yayılan digər məlumatda isə güneyli fəal Əmir Abbas Bənayi Kazıminin ETTELAAT əməkdaşlarının təzyiqinə məruz qaldığı vurğulanır. Bildirilir ki, 21 fevral Beynəlxalq Ana Dili Günündən başlayaraq ETTELAAT əməkdaşları dəfələrlə fəalın atasının mənzilinə gələrək evdə yoxlamalar aparıb, Əmir Abbasın ailəsini təhdid edərək onun harada olduğu ilə maraqlanıblar. ETTELAAT əməkdaşlarının həmçinin ardıcıl olaraq fəalın evinə zəng edərək onun ailə üzvlərini təhqirlərə məruz qoyduğu bildirilir. Azərbaycan milli kimliyi uğrunda apardığı dinc mübarizəyə görə fəalın bundan əvvəl də həbs edilərək zindanda ağır psixi və fiziki işgəncələrə məruz qaldığı vurğulanır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar