SON XƏBƏRLƏR

27 gün aclıq aksiyası keçirən milli fəal Əlirza İmaninin durumu daha da ağırlaşıb

2021.10.20, 07:36
27 gün aclıq aksiyası keçirən milli fəal Əlirza İmaninin durumu daha da ağırlaşıb

Gunaz.tv
27 gün aclıq aksiyası keçirən milli fəal Əlirza İmaninin durumu daha da ağırlaşıb Hollandiya hökumətinin iran adlanan yerə deportasiya təhlükəsilə qarşı-qarşıya qoyduğu Güney Azərbaycan Milli Hərəkatının fəalı Əlirza İmani (Elnur Mərəndli) 27 gündur ki,_aclıq aksiyasını davam etdirir. GAİP-in Hollandiya təmsilçisi Araz Ataxanın verdiyi məlumata görə, Güney Azərbaycan İstiqlal Partiyasının (GAİP) keçmiş İngiltərə təmsilçisi Əlirza İmani (Elnur Mərəndli) hələ də Haaqa şəhərində təkadamlıq kamerada ağır şəraitdə saxlanılır. Fevral ayının 18-dən aclıq aksiyasına başlayan Əlirza İmani bu müddət ərzində çəkisini itirərək 59 kiloqrama duşub, mədəsində ağrılar şiddətlinib, sağ qolu və sol ayağı işləmir və o, çox çətinliklə danışır Onu həbsxananın birinci mərtəbəsində yerləşən təkadamlıq kameradan ikinci mərtəbədə olan daha darısqal təkadamlıq kameraya köçürüblər. Kamera nəzarəti altında olan otağın işığı davamlı olaraq yanır və belə bir şəraitdə o yata bilmir ki, bu da onun vəziyyətini daha da gərginləşdirib. Güclü baş ağrısından əziyyət çəkən Əlirza İmaninin (Elnur Mərəndli) burnundan qan açılıb, düz bağırsağında qanaxma var. Gün ərzində cəmi 1 dəfə həkim və 1 dəfə tibb bacısı onun səhhətini yoxlasalar belə, səhhətinin stabilləşməsi ilə baglı heç bir əlavə tədbir görülmür. Hollandiya Ədliyyə nazirliyinin məmurları onu yeməyə məcbur edirlər. Lakin, Ə.İmani məmurlara bildirib ki, Hollandiya İmmiqrant İdarəsi onun pozulmuş hüquqlarını bərpa etməyincə aksiyanı davam etdirəcək. Qeyd edək ki, Ə.İmaninin öz vəkili ilə görüşmək hüququ hələ də təmin olunmayıb. Hollandiyanın İnsan haqlarına bağlı PRIME təşkilatının 1 NL radiosu da xəbər verir ki, milli fəalın vəziyyəti həddindən artıq ağırlaşıb və onun səhhəti getdikcə pisləşir. Güney Azərbaycan İstiqlal Partiyasının sözçüsü Saleh İldırım milli fəal, GAİP-in üzvü və keçmiş İngiltərə təmsilçisi Əlirza İmaninin (Elnur Mərəndli) durumu ilə bağlı 07 mart 2009-cu il tarixdə "Amerikanın səsi” radiosunun Azərbaycan bölməsinə müsahibə verib. Bundan əlavə Güney Azərbaycan İstiqlal Partiyası 10 mart 2009 tarixdə Hollandiyanın baş naziri cənab Jan Peter Balkenendə yenidən müraciət edib. Yazılı müraciətdə Əlirza İmaninin Hollandiyada hüquqlarının pozulması və hazırda saxlandığı ağır şərait qeyd olunub və baş nazirdən Əlirza İmaninin vəziyyətini nəzərə alaraq ona kömək edilməsi və deportasiyasının dayandırılması xahiş edilib. Həmçinin, GAİP-in İngiltərə təmsilçisi Araz Yurdsevərin verdiyi məlumata görə, Güney Azərbaycan Milli Hərəkat fəalı, GAİP üzvü Əlirza İmaninin (Elnur Mərəndli) pozulmuş hüquqlarının müdafiəsi və iran adlanan ölkəyə deportasiyasını durdurmaq məqsədilə 16 mart 2009-cu il tarixdə Güney Azərbaycan İstiqlal Partiyasının üzvləri Londonda Hollandiya səfirliyi qarşısında etiraz aksiyası keçirəcəklər və Hollandiya səfirliyinə yazılı müraciət də təqdim olunacaq. Xatırladaq ki, Əlirza İmani ağır durumu və hüquqlarının qorunması ilə bağlı Avropa Şurasının numayəndəsi Paulo Casaca Hollandiyanın baş nazirinə məktub yazaraq, ondan Ə.İmaninin (Elnur Merendli) iran adlanan ölkəyə qaytarılmasını durdurmağı xahiş edib. O, öz məktubunda qeyd edib ki, Ə. İmani iran adlanan ölkəyə qaytarılarsa orada ona qarşı ən ağır cəzalar tətbiq olana bilər, hətta onu edam edə bilər . Eyni zamanda Güney Azərbaycan İstiqlal Partiyası milli fəal Əlirza İmani aclıq aksiyasına başladığı vaxtdan etibarən GAİP onun durumu ilə bağlı davamlı olaraq müxtəlif beynəlxalq təşkilatlara və Hollandiyanın rəsmi orqanlarına müraciət ünvanlayıb . 13 mart 2009-cu il tarixdə isə GAİP bu məsələ ilə növbəti müraciətini Avropa Parlamentinə edib. Güney Azərbaycan İstiqlal Partiyasının Araşdırma və İnformasiya Mərkəzi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar