SON XƏBƏRLƏR

İRAN ETTELAATI TƏRƏFİNDƏN YAZIÇILAR BİRLİYİ ÜZVÜNÜN ÖLKƏDƏN ÇIXMASINA QADAĞA QOYULUB

2021.10.20, 07:36
İRAN ETTELAATI TƏRƏFİNDƏN YAZIÇILAR BİRLİYİ ÜZVÜNÜN ÖLKƏDƏN ÇIXMASINA QADAĞA QOYULUB

Gunaz.tv
İRAN ETTELAATI TƏRƏFİNDƏN YAZIÇILAR BİRLİYİ ÜZVÜNÜN ÖLKƏDƏN ÇIXMASINA QADAĞA QOYULUB GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata əsasən İran Yazıçılar Birliyinin üzvü, vəkil Nasir Zərəfşanın ölkədən çıxmasına qadağa qoyulub. Avropa Birliyinin təşkil etdiyi bir toplantıda «İranda ətraf mühit problemlərinin araşdırılması və İranla Avropanın gələcək əlaqələri» mövzusunda çıxış etməsi nəzərdə tutulan N.Zərəfşan martın 16-da Tehran aeroportunda saxlanılıb. ETTELAAT əməkdaşları pasportunu əlindən alaraq ona ölkədən çıxmasına qadağa qoyulduğunu deyiblər. İran Yazıçılar Birliyi müstqil ictimai qurumdur. 40 ilə yaxındır fəaliyyət göstərən birlik nə şah dövründə, nə də islam inqilabından sonra rəsmi dövlət qeydiyyatına alınıb. Nüfuzlu qələm adamlarının toplaşdığı, yarı aşkar-yarı gizli fəaliyyət göstərən bu qurumun xüsusilə son 20 ildə bir sıra üzvləri zindanlara salınıb, həbsdə və ya azadlıqda müəmmalı şəkildə dünyasını dəyişib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar