SON XƏBƏRLƏR

Sabah referendum günüdür

2021.10.20, 07:36
Sabah referendum günüdür

Gunaz.tv
Sabah referendum günüdür Səsvermə günü hava mülayim keçəcək Sabah Azərbaycanda Konstitusiyaya düzəlişlər üzrə referendum keçiriləcək. Referendumda ölkənin 4,9 milyondan artıq seçicisi iştirak edə biləcək. Onlara Konstitusiyanın 29 maddəsinə 41 əlavə və dəyişiklik edilməsini nəzərdə tutan Referendum aktı layihəsinə münasibət bildirmək təklif olunub. Səsvermə saat 8.00-da başlayacaq və 19.00-da başa çatacaq. Referendumun baş tutmuş hesab olunması üçün seçicilərin ən azı 25 faizinin səsvermədə iştirakı zəruridir. MSK katibi Natiq Məmmədovun sözlərinə görə, sabah axşam artıq referendumun "Seçkilər" informasiya sistemi vasitəsilə daxil olmuş ilkin nəticələri məlum olacaq. Səsvermənin başa çatmasından sonra 48 saat ərzində məntəqə seçki komissiyalarının referendumun nəticələrinə dair protokolları MSK-ya təqdim edilməlidir. Referendumun rəsmi yekunları MSK-da 20 gün sonra elan ediləcək və mətbuatda dərc edildikdən sonra qüvvəyə minəcək (düzəlişlər qəbul edildiyi halda). Səslərin hesablanması səsvermə bülleteninə daxil edilmiş 29 məsələdən hər biri üzrə aparılacaq. Referendumda iştirak edən seçicilərin yarısından çoxu referenduma çıxarılmış 29 maddədən hər birinə aid əlavə və dəyişikliklərin lehinə səs verdiyi halda, bu düzəlişlər qəbul edilmiş hesab olunacaq. Xatırladaq ki, Konstitusiyaya düzəlişlər edilməsinin təşəbbüskarı Yeni Azərbaycan Partiyası olub. Btən il dekabrın 18-də parlamentin hüquq siyasəti və dövlət quruculuğu və insan hüquqları komissiyalarının iclasında, bildirildiyi, parlament yanında işçi qrup tərəfindən hazırlanmış düzəlişlər layihəsi müzakirə edilib. Dekabrın 19-da parlament sənədi hüquqi rəy verilməsi üçün Konstitusiya Məhkəməsinə göndərib. KM dekabrın 24-də müsbət rəy verib. Dekabrın 26-da parlament Konstitusiyaya əlavə və dəyişikliklər haqqında Referendum Aktı layihəsini təkrarən qəbul edib və ümumxalq səsverməsini 18 mart 2009-cu ilə təyin edib. Referendum üzrə təşviqat kampaniyası fevralın 18-dən start götürüb və bu gün başa çatıb. Kampaniyada MSK-da qeydiyyatdan keçmiş 9 təşviqat qrupu iştirak edir: "Yeni Azərbaycan", "Zəka", "Vətəndaş Cəmiyyəti", "Sabit inkişaf uğrunda", "Şəhər", "Hüquq və demokratiya", "Tərəqqi", "Qarabağ və Respublika uğrunda" və "Respublikaçılar". Bu qruplardan 7-si düzəlişlərin lehinə və yalnız son 2-si əleyhinə təşviqat aparıb. Kampaniya çərçivəsində bütün təşviqat qruplarına İctimai televiziya və radioda ödənişsiz əsaslarla 1,5 saat efir vaxtı ayrılıb. Bu vaxtdan dəyirmi masa kimi istifadə olunub, bütün təşviqat qruplarının nümayəndələri növbə ilə çıxış ediblər ("Turan"). Qeyd edək ki, referendumu izləyəcək beynəlxalq müşahidə missiyaları artıq Bakıdadır. Dünən onlar bir sıra görüşlər keçiriblər. AŞPA missiyasının rəhbəri bildirib ki, referendumla bağlı ilkin mövqe martın 19-da açıqlayanacaq. Yeri gəlmişkən, referendum günü ölkə ərazisində hava şəraitinin mülayimləşəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktor müavini Umayra Tağıyeva APA-ya bildirib ki, həmin gün Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Gecə və axşam saatlarında isə yarımadanın bəzi yerlərində az çiskin ehtimalı var. Mülayim cənub küləyi saniyədə 12 metr sürəti ilə əsəcək, gündüz arabir 14 metrədək güclənəcək. Havanın temperaturu gecə 1-3, gündüz 10-12 dərəcə isti olacaq. Martın 18-də əksər rayonlarda da hava əsasən yağmursuz keçəcək. Bəzi şərq rayonlarında gecə və səhər duman, çiskin olacağı ehtimalı var. Şərq küləyi saniyədə 3-8 metr sürətlə əsəcək, havanın temperaturu gecə aran rayonlarında 3-7, gündüz 12-17, dağlarda gecə 1-3, gündüz 4-8 dərəcə isti olacaq.express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar