SON XƏBƏRLƏR

ABŞ-la İSRAİL İRAN ADLANAN YERƏ HÜCUMU MÜZAKİRƏ EDİR

2021.10.20, 07:36
ABŞ-la İSRAİL İRAN ADLANAN YERƏ HÜCUMU MÜZAKİRƏ EDİR

Gunaz.tv
ABŞ-la İSRAİL İRANA HÜCUMU MÜZAKİRƏ EDİR Admiral Maykl Müllen: “Israilin təkbaşına Irana hücum etməsi bölgədə çox təhlükəli vəziyyət yarada bilər” ABŞ ordusunun qərargah rəisləri komitəsinin rəhbəri admiral Maykl Müllen İsraili İrana qarşı təkbaşına hücumdan çəkinməyə çağırıb. Müllen bu çağırışla İsrail silahlı qüvvələrinin baş qərargah rəisi Qabi Aşkenazinin Vaşinqtona səfəri ərəfəsində çıxış edib. Bəzi məlumatlara görə, general Aşkenazi İrana qarşı İsrailin mümkün hücum əməliyyatlarını müzakirə etmək üçün Vaşinqtona gedir. İsrail dəfələrlə bəyan edib ki, İranı nüvə silahı əldə etməsinə yol verməmək üçün təkbaşına bu ölkəyə qarşı hərbi əməliyyatlara başlaya bilər. Müllen bəyan edib ki, İsrail İrana hücum etməkdən çəkinməlidir. Onun sözlərinə görə, İsrailin İrana qarşı hərbi əməliyyatları Yaxın Şərqdə vəziyyəti ciddi şəkildə gərginləşdirə və bölgədəki çoxsaylı Amerika əsgərlərinin həyatını təhlükədə qoya bilər. “Vəziyyətin bu istiqamətdə inkişaf etməsi region üçün ciddi risk yaradır və bu məni çox narahat edir”, - deyə admiral bildirib. Bununla belə, Müllen deyib ki, İsrailin İranın nüvə proqramlarından narahatlığı əsaslıdır. Amerika ordusunun komandanı prezident Barak Obamanın İranla birbaşa danışıqların aparılmasına dair mövqeyini müdafiə etdiyini deyib. Müllen vurğulayıb ki, əgər danışıqlar dalana dirənsə və İran nüvə silahı əldə etməyə yaxınlaşsa, ABŞ hərbi əməliyyatlara başlamaqan çəkinməyəcək: “Baxmayaraq ki, bizim piyada qüvvələrimiz İraq və Əfqanıstana səpələnib, ABŞ-ın hava və dəniz qüvvələrinin çox güclü və strateji ehtiyatları var. Ona görə də Tehran özünün nüvə proqramını inkişaf etdirməzdən əvvəl yaxşıca fikirləşməlidir”. Admiral onu da deyib ki, İsraillə ABŞ arasnında İranın nüvə proqramlarının indiki vəziyyəti haqda ziddiyətlər yoxdur. Belə ki, hər iki ölkə İranın 2010-cu ildən nüvə silahı əldə edə biləcəyinə şübhə edir. Lakin 2010-cu ildən sonra ABŞ-ın İrana dair necə hərəkət edəcəyi haqda Müllen danışmayıb. O qeyd edib ki, general Aşkenazi ilə müntəzəm olaraq İranın nüvə təhlükəsini müzakirə edir: “ABŞ və İsrail kəşfiyyatlarının da bu məsələdə qənaətləri demək olar ki, üst-üstə düşür”. İsrail mənbələrinin məlumatlarına görə, Aşkenazi Vaşinqtona səfər zamanı Müllenlə görüşə bilməyəcək. Qərargah rəisləri komitəsinin rəhbəri həmin vaxt ölkədə olmayacağına görə İsrail generalı onun müavini Ceyms Kartraytla, habelə prezidentin milli təhlükəsizlik məsələləri üzrə müşaviri general Ceyms Cons, Milli Kəşfiyyat Agentliyinin direktoru admiral Denis Bleyr, dövlət katibi Hillari Klintonla görüşəcək. Aşkenazinin artıq Nyu Yorkda olduğu və yəhudi lobbisi ilə bir sıra mühüm görüşlər keçirdiyi bildirilir. İsrail İrana hava zərbələri endirmək üçün Amerikanın nəzarətində olan İraqın hava məkanından istifadə etməlidir. musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar