SON XƏBƏRLƏR

London İranla daha intensiv dialoqa çağırır

2021.10.20, 07:36
London İranla daha intensiv dialoqa çağırır

Gunaz.tv
London İranla daha intensiv dialoqa çağırır Britaniyanın baş naziri Gordon Brown deyir ki, İran da daxil olmaqla bütün ölkələrin dinc məqsədli nüvə enerjisi əldə etməyə haqqı çatır. Amma o xəbərdarlıq edib ki, nüvə silahlarının yayılmasına imkan verilməməlidir. Londondakı nitqi zamanı cənab Braun bildirib ki, onun təbirincə desək, ədalətli və bərabər əsaslı sövdələşmə istəyir. O deyib ki, nüvə sulahları olmayan ölkələr onları əldə etməkdən imtina etsələr, nüvə silahları olan ölkələr öz ehtiyatlarını azalda bilərlər. Baş nazirə əsasən, qeyri-nüvə dövlətlərə nüvə enerjisi əldə etmək üçün beynəlxalq yardım göstərilməlidir. Çünki bunsuz iqlim dəyişikliyinin təqdim etdiyi sınaqların öhdəsindən gəlmək qeyri-mümkündür. Cənab Braun buna sülh yolu ilə nail olunmasında İranı sınaq örnəyi kimi göstərib.bbc

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar