SON XƏBƏRLƏR

Türkiyədə Yerevanla münasibətlərinin qurulmasına etirazlar artır

2021.10.20, 07:36
Türkiyədə Yerevanla münasibətlərinin qurulmasına etirazlar artır

Gunaz.tv
Türkiyədə Yerevanla münasibətlərinin qurulmasına etirazlar artır Türkiyədə Ermənistanla münasibətlərin qurulması və sərhədlərin açılması istiqamətində aparılan danışıqlara etirazlar artmaqdadır. Ölkənin ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyası rəsmi Yerevanın bəzi şərtləri yerinə yetirmədiyi müddət ərzində əlaqələrin qurulmasını səhf addım kimi qiymətləndirir. Ankara –Yerevan münasibətlərinin inkişafına dair yeni məlumatlar yayılır. Hazırda Türkiyənin hakim partiyasından olan millət vəkilləri Amerika Konqresində qondarma «erməni soyqırımı» qətnamə layihəsinin müzakirəyə çıxarılmasının qarşısını almaq üçün intensiv görüşlər keçirir. Təmaslarda bulunan millət vəkillərindən biri Türkiyədə 29 mart bələdiyyə seçkilərindən sonra Ermənistanla sərhədlərin açılacağına dair fikir səsələndirib. İkitərəfli əlaqələrin qurulması təbii ki, Türkiyə ictimaiyyəti tərəfindən sükutla qarşılanmır. Buna etiraz edənlərin sayı durmadan artır. Reallığı düzgün qiymətləndirən cümhuriyyət xalq partiyası, artıq prinsipial mövqeyini ortaya qoyur. Müxalifətdən fərqli olaraq Türkiyənin indiki hakim dairələri Qarabağ probleminin ağırlığını regionun müqəddəratı üçün layiqincə dərk etmir və ya etməyə ehtiyac görmür. İstər-istəməz belə yanaşmayla Türkiyə rəhbərliyi tarixdə onların xalqı və azərbaycanlılara qarşı dəfələrlə təcavüz etmiş bir millətin əməllərinə bəraət qazandırmış olur. Bu günlərdə Ermənistanla sərhədlərin açılması gələcəkdə daha riskli mühitin formalaşmasına rəvac verir. Amma əgər Türkiyə-Ermənistan sərhəddində Azərbaycan üçün arzuolunmaz proses baş verərsə, onda köklü dəyişikliklər qaçılmaz ola bilər. Bir məqam indidən də bəllidir ki, həmin dəyişiklik ilk növbədə tərəflərin prioritetlərinə korrektələrdən doğacaq. Bu isə bir çox proseslərin gedişatına bir o qədər də müsbət təsir göstərməyəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar