SON XƏBƏRLƏR

Təbrizdə güneyli təyyarəçiyə heykəl ucadılıb

2021.10.20, 07:36
Təbrizdə güneyli təyyarəçiyə heykəl ucadılıb

Gunaz.tv
Təbrizdə güneyli təyyarəçiyə heykəl ucadılıb Təbrizdə azərbaycanlı təyyarəçi Məhəmmədtağı xan Pesianın heykəli ucadılıb. "BayBak"ın yaydığı məlumata görə, elə abidə də soydaşımızın öz təyyarəsinin yanında dayandığını əks etdirən şəkildə düzəldilib. Tədbirə Təbriz bələdiyyəsi, heykəli hazırlayan Sərabi qardaşları və bir neçə rəsmi şəxs qatılıblar. Ancaq mərasimdə general Məhəmmədtağı xan Pesian barəsində saxta məlumatlar verilib və bilgilər İranın apardığı assimilyasiya siyasətinə uyğun olaraq təhrif edilib. Turqut Fars xəbər agentlikləri Məhəmmədtağı xan Pesianın atasını Qafqaz kürdü kimi tanıdıb. Halbuki, Məhəmmədtağı xan Pesian 1892-ci il Təbrizin Sırxab məhəlləsində doğulub. Atası bolşeviklər Quzey Azərbaycanı işğal etdikdən sonra Təbrizə köçməyə məcbur olub. O, Təbrizdə və Tehranda orta məktəbi bitirib, daha sonra isə hərbi məktəbə daxil olub. I dünya müharibəsində Məhəmmədtağı xan Pesianın komandanı olduğu hərbi hava qüvvələri rus qoşunlarını Kirmanşahadək geri oturdub. Ancaq kürdlərin xəyanəti və silah-sursatın azlığı nəticəsində onun ordusu məğlub olub və əksər hərbçilər Osmanlı imperiyasına sığınıb. Bundan sonra Məhəmmədtağı xan Pesian müalicə üçün Almaniyaya gedib və orada hərbi məktəbə daxil olub. I Dünya müharibəsi qurtardıqdan sonra vətənə qayıdan soydaşımız Xorasanın hərbi valisi təyin edilib. Ancaq lorlar, kürdlər və bir sıra xarici dövlətlər generalı aradan qaldırmaq üçün Qəvamülsəltənəyə köməklik göstərirlər. Xorasana köçürülən kürdlər silahlı mübarizəyə başlayır və Qoçan bölgəsini ələ keçirirlər. Məhəmmədtağı xan Pesian böyük itki verərək əsir düşür və nəticədə kürdlər 30 yaşlı generalın başını kəsirlər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar