SON XƏBƏRLƏR

Türkiyə səfiri Azərbaycan xalqını təbrik edib

2021.10.20, 07:36
Türkiyə səfiri Azərbaycan xalqını təbrik edib

Gunaz.tv
Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç Novruz bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib. "Türk dünyasının qədim və milli bayramı olan Novruz Bayramının gəlişi münasibətilə qardaş və dost azərbaycan xalqına ən xoş arzularımı bildirirəm. Azərbaycandakı rəsmi vəzifəmin bir ili içərisində ikinci Novruz Bayramını da burada qeyd etməkdən böyük xoşbəxtlik və sevinc hiss edirəm. Novruzun Azərbaycanda yaşayan bacı və qardaşlarıma və bütün türk dünyasına sülh, əmin- amanlıq, bərabərlik, sevinc, xoşbəxtlik, bərəkət gətirməsini və novruz bayramının hər il sonsuzadək böyük coşğu ilə qeyd edilməsini diləyirəm”, - deyə təbrikdə bildirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar