SON XƏBƏRLƏR

AB “Nabukko”nu əsas layihələr sırasından çıxarıb

2021.10.20, 07:36
AB “Nabukko”nu əsas layihələr sırasından çıxarıb

Gunaz.tv
AB “Nabukko”nu əsas layihələr sırasından çıxarıb "Nabukko" qaz kəmərinin tikintisi ayrıca olaraq Avropa Birliyinin (AB) sərf olunmamış büdcə vəsaitləri hesabına maliyyələşdirilən layihələrin siyahısından çıxarılıb. Bu barədə RİA NOVOSTİ məlumat verib. "Nabukko"nun maliyyələşdirilməsinə əvvəlcə 250 milyon avro ayrılması nəzərdə tutulsa da, sonradan bu rəqəm 50 milyona qədər azaldılmışdı. "Hazırda "Nabukko" Avropanın şimalında bir sıra enerji layihələrinin həyata keçirilməsini nəzərdə tutan "Cənubi qaz dəhlizi"nə aiddir", - agentliyin müsahibi bildirib. Aİ-yə üzv olan 27 dövlətin xarici işlər nazirlərinin Brüsseldə keçiriləcək görüş ərəfəsində fikir ayrılıqları aradan qaldırılmamış qaldı və Avropa Komissiyasının və AB-nə sədrlik edən Çexiyanın AB-nin enerji təhlükəsizliyini təmin edəcək layihələrin, eləcə də "Nabukko"nun həyata keçirilməsinə ayrılmış 5 milyard avro dəyərində maliyyə stimulu paketinin ayrılması təklifi də qəbul edilmədi. // Trend

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar