SON XƏBƏRLƏR

Türkiyənin Ukraynadakı keçmiş səfiri ATƏT-in Bakı ofisinə rəhbər təyin olunub

2021.10.20, 07:36
Türkiyənin Ukraynadakı keçmiş səfiri ATƏT-in Bakı ofisinə rəhbər təyin olunub

Gunaz.tv
Bakı. Laçın Sultanova-APA. ATƏT-in Bakı ofisinə yeni rəhbər təyin olunub. Ofisin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Rəşad Hüseynovun APA-ya verdiyi məlumata görə, ofisin rəhbəri vəzifəsinə Türkiyə təmsilçisi Əli Bilgə Cankorel təyin olunub. APA-nın məlumatına görə, Əli Bilgə Cankorel Türkiyənin Ukraynadakı səfiri vəzifəsində çalışıb. Xatırladaq ki, ATƏT-in Bakı nümayəndəliyinin keçmiş rəhbəri Hose Luis Herrero Ansola Makedoniyadakı ofisə rəhbər vəzifəsinə təyinat aldığı üçün keçən ilin sonunda Bakını tərk edib. Yeni səfir vəzifəsinin icrasına başlamaq üçün bu ilin aprelində Bakıya gələcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar