SON XƏBƏRLƏR

Məhəmməd Hatəmi İran prezidentliyinə namizədliyini geri götürüb

2021.10.20, 07:36
Məhəmməd Hatəmi İran prezidentliyinə namizədliyini geri götürüb

Gunaz.tv
Tehran – APA. İranın sabiq prezidenti Məhəmməd Hatəmi iyunun 12-də keçiriləcək növbəti prezident seçkilərində iştirak etməyəcək. APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, M. Hatəmi namizədliyini geri götürüb. Səbəb hələlik bəlli deyil. Onun ətrafındakı şəxslərdən biri M. Hatəminin bəyanatla çıxış edəcəyini və bu bəyanatda islahatçıların prezidentliyə namizədinin adını açıqlayacağını bildirib. Müşahidəçilər M. Hatəminin keçmiş baş nazir Mir Hüseyn Musəvinin namizədliyini dəstəkləyəcəyini iddia edirlər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar