SON XƏBƏRLƏR

Əhmədinejad Sarkisyanı İrana dəvət edib

2021.10.20, 07:36
Əhmədinejad Sarkisyanı İrana dəvət edib

Gunaz.tv
Əhmədinejad Sarkisyanı İrana dəvət edib "Ermənistan və İran arasındakı münasibətlər qarşılıqlı hörmət və dostluq üzərində qurulub və bu da ikitərəfli əməkdaşlığın inkişafı üçün münbit zəmin yaradır". "PanARMENIAN.Net" saytının verdiyi məlumata görə, bu barədə İranın xarici işlər naziri Mənuçöhr Möttəki Ermənistana rəsmi səfəri zamanı bildirib. Möttəki son 4 ildə Ermənistana dördüncü dəfə səfər etdiyini vurğulayıb: "Biz nəqliyyat, energetika və digər sahələrdə əməkdaşlığa diqqət yetiririk. Tehran İran-Ermənistan əlaqələrinin hazırkı səviyyəsindən razıdır". Möttəki Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüş zamanı İran prezidenti Mahmud Əhmədinejadın Ermənistan prezidenti Serj Sarkisyana rəsmi dəvətini çatdırıb: "Güman edirəm ki, bu səfər ikitərəfli münasibətlərin genişlənməsi və güclənməsinə əlavə stimul verəcək". TOÜRUL

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar