SON XƏBƏRLƏR

ABŞ Gürcüstanda hərbi baza yerləşdirməyi planlaşdırmır

2021.10.20, 07:36
ABŞ Gürcüstanda hərbi baza yerləşdirməyi planlaşdırmır

Gunaz.tv
ABŞ Gürcüstanda hərbi baza yerləşdirməyi planlaşdırmır ABŞ Gürcüstan ərazisində hərbi baza yerləşdirmək üçün bu ölkə hökumətinə müraciət etməyi planlaşdırmır. APA-nın “Qruziya Online” saytına istinadən verdiyi xəbər görə, bunu ABŞ dövlət katibinin müavininin köməkçisi Metyu Brayza deyib. O, Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadzenin məlum bəyanatını belə şərh edib: “Mənim fikrimcə, Vaşadze demək istəyib ki, əgər Gürcüstandan öz ərazisində ABŞ hərbi bazalarını yerləşdirmək xahiş edilsə, Gürcüstanın mövqeyi müsbət olar. Ancaq biz bunu xahiş etmək niyyətində deyilik”. M. Brayza ABŞ-ın Gürcüstandan yalnız strateji tərəfdaşlığa dair Xartiyada əksini tapdığı kimi, təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsini istədiyini deyib.apa

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar