KİV: Yəməndə SEPAH-ın Qüds Qüvvələri komandiri öldürülüb
Reuters: Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır, İrandan on milyonlarla dollar alıb
“Məkkə Sazişi” ölkələrinin yüksək səviyyəli rəsmiləri İranda səfərdədir
Səudiyyə Ərəbistanı təyyarəsi Tehran hava limanına eniş edib
Müharibə repressiyaları gücləndirib- Mai Sato
Şəbistərdə silahlı insident- Ölən var
SEPAH İraqın şimalında kürd bazalarını vurdu
Ərəb koalisiyası Husilərin raket anbarlarını məhv etdi
Prezident İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib
Azərbaycan sülh sazişi məsələsində son nöqtəni qoymağa hər zaman hazırdır
Azərbaycan QHT-ləri Pezeşkiana müraciət etdi
Azərbaycanla Özbəkistan arasında iki saziş təsdiqlənib
İranın birinci vitse-prezidenti azərbaycanlı qızlarla bağlı fərman verdi
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib
Ocanda əfqanistanlılar həbs edilib
ETN: İranlı nazirin Azərbaycanda təhsillə bağlı açıqlaması tamamilə yersizdir, ölkəmizin daxili işlərinə müdaxilə cəhdidir
Nazirlik: İranda Azərbaycan dilində məktəb yoxdur, azərbaycanlılar öz ana dillərində təhsil almaq hüququndan məhrum edilirlər
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Müharibəyə görə İranda daha dörd nəfər həbs edildi
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İbrahim Kalın İrana səfər edəcək
İran ABŞ-yə Pakistan vasitəsilə yeni təklif göndərib
Səmərqənd ətrafında diplomatik gərginlik: Özbəkistan İrana rəsmi etiraz notası verdi
Tahir Nəqəvi məcburi etiraf üçün təzyiqlərlə üzləşir
Salar Taher Əfşarın ikinci doğum günü həbsxanada keçir
Pezeşkian: “Nə müharibə, nə sülh” vəziyyəti insanları çörək dərdinə salıb
Təbriz meriyasının sürücüləri maaş əvəzinə işdən çıxarılmaqla hədələnirlər
Tramp: Ya İran razılaşacaq, ya da işi bitirəcəyəm
“The Hill”: ABŞ ordusu İrana yenidən zərbə endirmək üçün variantlar hazırlayıb
Xəzər dənizinin şimalında bir sıra adalar materiklə birləşib
Bu gün, 25 oktyabr — Azərbaycan Respublikasında Qubadlı Şəhəri Günüdür
BƏƏ Rəs əl-Xeymə əmirliyinin bütün çimərliklərini növbəti xəbərdarlığadək bağlayıb
Qalibaf Hindistanda BRICS-in parlamentlərarası toplantısında iştirak etməyəcək
Almaniya İranın Hamburqdakı Bank Saderat filialının ləğvi barədə qərar verib
Türkiyədə 13 ölkədən 33 şair və yazıçının iştirakı ilə görüş keçirilib: Güney Azərbaycanı təmsil edən şairlər Talasda
“Ayrılıq” şairinin həsrətləri: Şərifə Cəfərinin Fərhad İbrahimi haqqında xatirələri
İranın dəstəklədiyi terrorçuların Məkkə və Mədinəyə raket hücumu
Səkkiz aydır görüntü və səs yoxdur; İran rəsmiləri Müctəba Xamenei ilə görüşdüklərini bildirirlər
Rusiyalı nüvə alimləri İrandan təxliyə edilib?
İranda daxili təyyarə biletləri 45 faiz bahalaşıb
İranda dollar 400 min tümənə yüksələ bilər: hökumət 80–90 faizlik inflyasiyani qəbul edib
Livan şiələri Hizbullahın silahları barədə nə düşünür?
Pezeşkian Moskvaya səfər edəcək
"Star" qəzetinin iddiasına görə, apreldə imzalanacaq sənədə əsasən, iki ölkə arasında sərhədlər açılacaq Türkiyə qəzetinin xəbərinə münasibət bildirən Azərbaycan ekspertləri iki yerə bölündülər ... Türkiyə-Ermənistan danışıqları yekun mərhələyə girib. Aprel ayında iki ölkə arasında sənəd imzalana bilər. Bu barədə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasına (AKP) yaxın olan "Star" qəzeti xəbər verib. Qəzet bildirir ki, Ankara ilə İrəvan arasında bu proses ATƏT-in Minsk qrupunun Qarabağ münaqişəsi ilə bağlı danışıqları ilə paralel gedəcək. "Star" Türkiyə rəsmilərinə istinadən bildirir ki, imzalanacaq anlaşmada sərhədin açılması, qarşılıqlı ticarətin başlaması və 1915-ci il hadisələrinin araşdırılması üçün tarixçilərdən ibarət birgə komissiyanın yaradılması nəzərdə tutulur. Mənbə Dağlıq Qarabağ məsələsinin Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılmasında ön şərt olmadığını deyib. "Star"ın mənbəsi iddia edib ki, Azərbaycan rəhbərliyi Ankara ilə İrəvan arasındakı danışıqların gedişi barədə müntəzəm məlumatlandırılır və Bakı Türkiyə-Ermənistan anlaşmasını dəstəkləyir. Qeyd edək ki, sərhədlərin açılacağını Fransada səfərdə olan Ermənistanın xarici işlər naziri Edvar Nalbandyan da iddia etmişdi:"İki dövlət arsında münasibətlərin bərpasına və sərhədlərin qeyri-şərtsiz açılmasına yaxınıq". Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, AKP-dən olan deputat Mustafa Kabakçı "Media forum"a açıqlamasında isə bu xəbəri təkzib edib. Dediyinə görə, Türkiyə XİN-in Qafqaz departamentinin rəhbəri ona bir həftə əvvəl bildirib ki, Türkiyənin Ermənistanla bağlı siyasətində ciddi dəyişiklik yoxdur. Azərbaycan XİN-in sözçüsü Elxan Poluxovsa "Media forum"a açıqlamasında "Star"ın xəbərini şərh etmək istəməyib:"Bu qəzetin yazdığı rəsmi mövqe deyil, şayiədir. Biz şayiələrə şərh vermirik. Rəsmi mövqe olsa, şərh verərik". Poluxov eyni zamanda, Azərbaycanla Türkiyə arasında məlumat mübadiləsinin fasiləsiz davam etdiyini deyib. Politoloq Vəfa Quluzadə hesab edir ki, Qarabağ məsələsini Türkiyə heç vaxt Ermənistanla danışıq mövzusu edə bilməz. O, APA-ya açıqlamasında bu vaxta qədər Qarabağ məsələsinin Türkiyə ilə Ermənistan arasında müzakirə mövzusu olmadığını bildirib: "Amma həmişə bu barədə yalançı informasiyalar verilib. İndiyə kimi Türkiyə Ermənistanla Qarabağa dair nə danışıb? Heç nə. Türkiyə Ermənistanla danışıqlarda heç vaxt Qarabağ məsələsini qoya bilməz. Türkiyə ayrı, Azərbaycan ayrı, Ermənistan isə ayrı dövlətdir. Onlar Qarabağ məsələsini ortaya qoyan kimi gərək Ermənistanla bütün əlaqələr kəsilsin. Digər tərəfdən, indi məsələnin həlli ilə Minsk qrupu məşğuldur. Ankara-İrəvan danışıqlarında söhbət Türkiyənin Qarabağ problemini həll etməsindən yox, Türkiyə-Ermənistan əlaqələrinin bərpasından gedir. Bunlar hamısı ikitərəfli əlaqələrə aiddir. Ona görə də bu çərçivəyə Qarabağ məsələsi heç cür daxil edilə bilməz". Aydın Mirzəzadə də APA-ya dərc olunanların yalnız qəzetin versiyası olduğunu bildirib: "Bu jurnalist yanaşmasıdır və nə qədər ki, ortaya hər hansı sənəd çıxmayıb, versiyaları şərh etməyə ehtiyac yoxdur. Bu gün Ermənistan Azərbaycan torpaqlarını işğal edib və azad etməyənə qədər Azərbaycanla Ermənistan arasında hər hansı əlaqədən söhbət gedə bilməz. Türkiyə rəsmiləri isə vaxtaşırı Azərbaycanın maraqlarını həmişə Türkiyənin maraqları kimi qoruduqlarını ifadə edirlər". "Star" qəzetinin yazdıqlarının həqiqətə tam yaxın olduğunu deyən politoloq Qabil Hüseynlinin sözlərinə görəsə, Türkiyə ilə Ermənistan arasında gizli danışıqlar 8 aydır gedir: "AKP-dən Vaşinqtona gedən deputat qrupu da belə bir hadisənin baş verəcəyini bildirmişdi. Sərhədlərin aprel ayında açılması planlaşdırılır. ABŞ da bunu Türkiyədən tələb edir. Amma məsələ sərhədlərin açılması ilə bitməyəcək, diplomatik əlaqələr yaradılması da nəzərdə tutulur" (APA). Q. Hüseynlinin sözlərinə görə, bunların qarşılığında yalnız Ermənistanın qondarma "soyqırımı" iddiasından imtina etməsi gözlənilir: "Qarabağ məsələsində isə Türkiyə onsuz da çoxdandır Madrid bəyannaməsinin ruhunda hərəkət edir. Türkiyədə bəhanə gətirilir ki, əgər Azərbaycan tərəfi Madrid bəyannaməsi ruhunda danışıqlara gedirsə, Türkiyə də bu məsələdə öz mövqeyində yumşalmaya gedə, məsələnin ATƏT Minsk qrupu çərçivəsində tənzimlənməsinə razı ola bilər. Bununla Türkiyə özünü məsuliyyətdən kənara çəkir". Politoloq Leyla Əliyeva da hesab edir ki, Ermənistan və Türkiyə arasında anlaşma imzalana bilər. "Bu həm AKP-nin daxili siyasətinin davamıdır, həm də bu partiya özünü praqmatik partiya kimi göstərmək və təsdiq etmək istəyir. O, Avropa tərəfindən bəyənilən bir yanaşmanı seçib",- deyə politoloq "Ekspress"in müxbiri ilə söhbətində qeyd edib. L.Əliyevanın sözlərinə görə, Qərb regionda Türkiyənin rolunu artırmaqla Rusiyanın təsirini azaltaq istəyir: "Türkiyə ilə Ermənistan arasında problemlər aradan qalxsa, İrəvanda Rusiyanın hərbi bazasına ehtiyac olmaycaq. Bu da Ermənistanın Rusiyanın təsirindən çıxmasına müsbət təsir göstərər. Çünki hərbi baza Türkiyə ilə problemə görə yerləşdirilib". Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu isə Türkiyənin kifayət qədər ciddi səhvə yol verdiyini düşünür. Onun sözlərinə görə, Türkiyənin daxilindəki erməni təşkilatları AKP iqtidarına təsir imkanlarına malikdir: "Ermənilər martın 29-u və aprelin 24-dən istifadə edərək çalışırlar ki, məqsədlərini həyata keçirsinlər. Son 5 ildə ermənilərin prioritet məqsədi Türkiyə ilə Azərbaycanın arasını vurmaq olub və artıq bu məqsədə nail oldular. Ona görə də Qarabağ məsələsi arxa plana keçib. Türkiyənin ziyanına olan bu məsələ Ankaranın regionda apardığı siyasəti də əngəlləyəcək". İlqar Məmmədov isə həmkarlarından fərqli düşünür. Onun sözlərinə görə, hazırda Türkiyənin apardığı siyasət tamamilə Azərbaycanın maraqlarına cavab verir: "Mətbuatda inanılan və inanılmaz versiyaların irəli sürülməsinə rəğmən Türkiyə diplomatiyası hazırda Azərbaycanın maraqlarının müdafiəsi istiqamətində olduqca böyük töhfələr verir. Əgər Türkiyənin Ermənistanla əlaqədar diplomatiyasında yeniliklər olacaqsa, mən tam əminəm ki, bu addımlar Azərbaycana yalnız xeyir gətirmək, dəstək olmaq və onun mənafelərini qorumaq məqsədi daşıyacaq". Rasim Musabəyov isə APA-ya açıqlamasında mətbuatda yazılanlara reaksiya verməyə ehtiyac görmədiyini bildirib: "Hələ ermənilərlə türklər arasında bu məsələ həll olunacaq ya yox, bu da böyük sual altındadır. Ona görə ki, aprel ayında qondarma "soyqırımı" ilə bağlı məsələlər var. Türkiyə böyük dövlətdir, öz maraqları var. Bununla belə, biz hər zaman gözləyirik ki, Türkiyə bu məsələlərdə prinsipial mövqeyini hansısa xırda mənafe üçün qurban verməyəcək. Əgər bunu Ərdoğan desəydi, şərh vermək olardı, amma qəzet materialını əsas götürüb ağlaşma qurmalı deyilik. Deyilən məsələlərin həyata keçə biləcəyini istisna etməsəm də, bunun bu ilin aprelində baş verəcəyini gözləmirəm". Bəkir Nərimanoğlu
Ocanda əfqanistanlılar həbs edilib
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İbrahim Kalın İrana səfər edəcək
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
BMT-nin İrandakı xüsusi məruzəçisi: Müharibə ölkədə repressiyaları daha da gücləndirib
İranda bir ayda 79 məhbus edam edilib
Əhvaz ərəblərinin təşkilatı Azərbaycana dəstək bəyanatı yaydı
Pezeşkian Moskvaya gedir
ABŞ Türkiyə-Livan təklifinin mövcudluğunu təkzib edib: İranın dəstəklədiyi Hizbullah tərksilah olunmalıdır
Urmiya gölünün son vəziyyəti açıqlandı
İranda hicaba görə daha on səkkiz iaşə obyekti bağlandı
İranda daha səkkiz məhbus edam edildi
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
ABŞ diplomatlarını regiondan çıxarır
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
İran aviasiyası iflic olub- Səbəb
Həmədanda iş qəzaları- 327 nəfər...
İraq da İranla sərhəddi bağladı
Bahalıq Allahın və mələklərin işidir? İqtisadi məsuliyyətdən dini bəhanələrlə yayınmaq
Tehranda Azərbaycana qarşı aksiya keçirilib
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
İran–Pakistan sərhədində ticarət dayandırılıb: minlərlə yük maşını keçid məntəqələrinin açılmasını gözləyir
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Həmədanda iş qəzaları- 327 nəfər...
İran aviasiyası iflic olub- Səbəb
Traxtur klubundan federasiyaya təcili məktub: Etnik şüarlara və futbolçuların ailələrinə qarşı təhqirlərə baxılsın
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
Bəjestan adına milli qeydiyyata alınan “doşab bişirmə” ənənəsi: Güney Azərbaycan əyalətlərinin mədəni irsinə laqeydlik
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
İraq da İranla sərhəddi bağladı
Təbrizdə iki hüquqşünas həbs edilib
ABŞ diplomatlarını regiondan çıxarır
İranda daha səkkiz məhbus edam edildi