SON XƏBƏRLƏR

«YARPAQ» İŞIQ ÜZÜ GÖRÜB

2021.10.20, 07:36
«YARPAQ» İŞIQ ÜZÜ GÖRÜB

Gunaz.tv
«YARPAQ» İŞIQ ÜZÜ GÖRÜB Güney Azərbaycanda «Yarpaq» adlı ədəbi-bədii jurnalın ilk sayı işıq üzü görüb. Jurnalı Urmiya Universitetində təhsil alan azərbaycanlı tələbələr nəşr edir. GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata əsasən, Azərbaycan və fars dillərində çıxan jurnalda Urmiyanın qədim tarixi, Novruz bayramında axır çərşənbəni xüsusi qeyd etmə ənənəsinin kökü, İranın Qərbi Azərbaycan əyalətindəki qədim sivilizasiyalar, Məhəmməd Füzulinin yaradıcılığı, Güney Azərbaycan yazarı Qulamhüseyn Saedinin həyat və yaradacılığı, aşıq musiqisi, Azərbaycan tarı, ayların türk adları, Azərbacan dilçiliyi və s. mövzularda materiallar, Azərbaycan bayatıları, hekayə və şeirlər verilib. Urmiya Universiteti İranın Qərbi Azərbaycan əyalətinin mərkəzində yerləşir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar