SON XƏBƏRLƏR

Yerevanda Ermənistan –Türkiyə forumu öz işinə başlayır

2021.10.20, 07:36
Yerevanda Ermənistan –Türkiyə forumu öz işinə başlayır

Gunaz.tv
Yerevanda Ermənistan –Türkiyə forumu öz işinə başlayır forum.jpg Bu gün Yerevanda Ermənistan –Türkiyə forumu öz işinə başlayır. Tədbirin açılış mərasimində hər ik ölkəni təmsil edən 30-dan artıq ictimai xadim iştirak edəcək. Forumun keçirilməsində əsas məqsəd Türkiyə və Ermənistan arasında dialoqu gücləndirmək və hər iki ölkəni narahat edən problemləri müzakirə etməkdən ibarətdir. Forumun əsas mövzuları demokratiya və qanunun aliliyi, gender, ətraf mühit mövzuarı ilə bağlıdır. ------------------------------------------------------- Neftin qiyməti artmaqda davam edir Neftin qiyməti artmaqda davam edir. Təkcə ötən gün qara qızıl 10 faizdən çox bahalaşıb. İndi Londonda hərraca çıxarılan brent marakalı neftin hər bareli 45 dollar 9 sentə təklif olunur. Nyu-York birjasında satılan layt neftinin qiymətisə 47 dollar 3 sentdir. Ekspertlər neftin sürətlə bahalaşmasını OPEK-in yaxın vaxtlarda keçriləcək iclası ilə əlaqələndirirlər. Təşkilatın toplantısında qara qızılın hasilatın azaldılması ilə bağlı qərarın qəbul olunacağını proqnozlaşdırılır. Kartelin üzvü Venesuela təşkilat rəhbərliyinə hasilatın azaldılması barədə təklif verib. Ekvadorsa hasilatın azaldılmasının əleyhinədir. Son qərar sabah vyanada keçiriləcək iclasda veriləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar