SON XƏBƏRLƏR

İran prezidenti beynəlxalq sanksiyaları uşaq hərəkəti adlandırıb

2021.10.20, 07:36
İran prezidenti beynəlxalq sanksiyaları uşaq hərəkəti adlandırıb

Gunaz.tv
İran prezidenti beynəlxalq sanksiyaları uşaq hərəkəti adlandırıb ap_iran_ahmadinejad_revolution_10feb091.jpg İran prezidenti Mahmud Əhmədinejad deyib ki, beynəlxalq sanksiylalar İranın inkişafının qarşısını ala bilməyəcək "uşaq" hərəkətidir. Bu gün İranın nəhəng Cənubi Pars qaz yatağında yeni işlərin başlanması münasibətilə danışan cənab Əhmədinejad digər ölkələrin səylərini pis davranış kimi qiymətləndirib. Iran prezidenti deyib ki, başqaları "pis davranmayıb, yolu bağlamasaydı" İran nə fəzada olardı, nə də ki nüvə sahəsində işlər görərdi. Mahmud Əhmədinejad bu açıqlamaları ABŞ prezidenti Barak Obamanın İrana qarşı sanksiyalar paketinin daha bir il müddətinə uzadılması haqda qərarından bir gün sonra verir. Prezident Obama Tehranın Birləşmiş Ştatlar üçün "qeyri-adi və fövqəladə təhlükə" olaraq qaldığını bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar