Türkiyənin İrana yeni səfiri təyin edilib
İsraildə İran casusu həbs edilib
İranda daha bir etirazçı edama məhkum edildi
İran xarici işlər naziri Türkiyə və Səudiyyə Ərəbistanı həmkarları ilə danışıqlar aparıb
Tehran ABŞ-ın dondurulmuş aktivlərlə bağlı planı barədə xəbərlərə etiraz edir
ABŞ rəsmisi: İranın buraxdığı raket və dronların demək olar ki, hamısı zərərsizləşdirilib
Tramp: ABŞ İranda dağıdılmış infrastrukturun bərpasında iştirak edə bilər
Əraqçi ABŞ-a: Təhlükəsiz qalmaq istəyirsinizsə, bölgəni tərk edin
İran Bəhreynin beşinci hərbi donanmasına hücum edib
İran İraqın Ərbil şəhərinə hücum edib
Amerikalı rəsmi: İranda 20 hədəfə zərbə endirilib
BMT İranla bağlı xüsusi nümayəndəsini Vaşinqtona göndərdi
Tramp: “Apache” helikopterinin vurulmasına cavab verdik
CENTCOM: İrana qarşı müdafiə xarakterli əməliyyatları tamamladıq
ABŞ İrana hücum etdi
İranlı deputat Azərbaycanı təhdid edib: Azərbaycan 3-4 saata xəritədən silinər
Böyük Britaniya bildirib ki, düşmən dövlətlərin proksi qüvvələrinə qarşı yeni qanun gələn aydan qüvvəyə minəcək
İranda qaz və elektrik çatışmazlığı; kənd təsərrüfatında elektrik hər gün kəsilir
Dünya Çempionatı öncəsi İran millisinin tərəfdarları bilet problemi ilə üzləşib
Baş Qərargah rəisi: İsrail İrana ağır zərbə planlaşdırıb və müharibəyə qayıtmağa hazırdır
İtki olmadığını iddia edən İran ölən hərbçiləri təsdiqləməyə məcbur qaldı
Tramp: İran ABŞ-ın Apache helikopterini vurub; cavab verəcəyik
Tramp: Qəza edən ABŞ helikopterinin pilotları sağdır
ABŞ Hörmüz boğazı yaxınlığında qəzaya uğrayan Apache helikopterinin İran tərəfindən vurulub-vurulmadığını araşdırır – WSJ
Fars əyalətində 13 nəfərin əmlakı müsadirə edildi
Sistan və Bəlucistanda silahlı qarşıdurma- Ölənlər var
ABŞ İrana hücuma hazırlaşır- İsrailə desant göndərib
İran ordusunun 2 hərbçisi İsrailin aviazərbələri nəticəsində həlak olub
KİV: Moskva vilayətində avtomobil partladılıb, general-leytenant ölüb
Məhbuslar İranın 56 həbsxanasında aclıq aksiyası keçirirlər
Pakistan və Livan ordu başçıları görüş keçiriblər
İranda 6 məhbus edam edilib
CENTCOM rəhbəri ABŞ Konqresinə Yaxın Şərqdə hərbi məqsədləri barədə məlumat verib
Qəzvin Toli-Press fabriki bağlı qalmağa davam edir
Təbriz həbsxanasında olan məhbuslar Yürüş Mehrəlibəylinin xüsusi bölməyə köçürülməsinə etiraz olaraq aclıq aksiyasına başlayıblar
XİN Ukrayna və Yaxın Şərqdə davam edən silahlı münaqişələrlə bağlı Azərbaycan vətəndaşlarına çağırış edib
İrandan Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alınıb
Xiyavda 9 iş yeri möhürlənıb
İsrail səfiri İranın Livanı ABŞ-la danışıqlara tabe etmək cəhdini rədd edib
Məşhəddə məşhur klisə dağıdıldı
İranın ərəb qonşuları neft daşımalarını davam etdirmək üçün “qaranlıq” transferlərə üz tutur
Vens: ABŞ İranla razılaşma əldə etmək üçün güclü mövqedədir
Ceyhun Bayramov Yaponiyaya səfər edib
Saleh İldirim: “İlk olaraq bunu deməliyəm ki, nə Amerika, nə Kanada nə də Avropa, ya hər hansi ölkənin bizə istiqlal və ya hər hansı bir sistemin təmin edəcəyi inancında deyilik” Güney Azərbaycan Milli Hərəkatına beynelxalq baxış və gələcəkdə baş verəcək hadisələrlə bağlı sualların cavabını almaq üçün Kanada fəaliyyət göstərən Güney Azərbaycan İstiqlal Partiyasının sədri Saleh İldirima müraicət etdik. Salam Saleh bəy İlk sualımıza ondan başlayaq ki, Kanada dövlətindən Güney Azərbaycana baxış necədir. Bildiyimiz qədər Kanada mediasında İranda yaşayan Azərbaycan türklərinin hüqüqlarının pozulması ilə bağlı məqalələr dərc olunmaqdadır? ümumiyyətlə Kanadanın özündə də etnik problemlər olduğuna görə məsələlərə çox ehtiyyatla yanaşmaqdadır. Xatırladım ki, 22 may 2006 kütləvi aksiyadan nə qədər sənəd və material təqdim etsək də bu məsələni bir türlü gündəmə gətirmədilər. Kanadada (The Gazet) adlı ingilis dilli qəzet mənimlə 45 dəqiqəlik müsahibə etdi və mən hətta Güney Azərbaycanla bağlı onlara materiallar təqdim etdim, amma nədənsə bu məsələ gündəmə gətirilmədi. Həmin qəzet bir müddət sonra məsələnin əhəmiyyətini başa düşüb yenidən mənimlə müsahibə edib və bu dəfə hamısını dərc etdi. Yazı aşağıdakı linkdə 3 səhifəlik bir müsahibədən ibarətdir. http://www2.canada.com/montrealgazette/news/insight/story.html?id=f6b7194b-b8a8-4b9e-93cc-aefe77c9ddd4&p=1 Uzun zamandan bəri Kanada dövləti və siyasi təşkilatlarıyla əlaqədə olmuşuq. 2006-ci il Kanada parlamentində bir günlük seminar keçirib və bir neçə deputatla görüş və danışığımız oldu. Quebec (Kebek) əyalətində də görüşlərimiz həm MP, həm də siyasi partiyalarla olubdur. Keçən ilin içində Missisaqa və Scarbrough MP-lərilə görüşümüz oldu və parlamentdə yenə də konfrans keçirməyə çalışırıq. Yaxınlarda bildiyiniz kimi sayın Faxtə xanımın fəaliyyəti sonucu Vankuversunla bir müsahibə vermişdi ki yayıldı. Kanadada bölgəsəl və milliyyətlərə aid olan jurnallardan da səslənmişik. Misal üçün , Kebek əyalətindən həftədə yarim saatlıq Azərbaycan TV-i yayilirdi indi pullu oldüğü üçün dayanib, Torontoda Azərbaycan Post daha sonra Qurtuluş dərgisi, İldirim dərgisi bir zamanlar yayıldi. Hazırda yayımlanmaqda olan Bizim Anadolu, Kanada Türk, Ərəb jurnalları, fars jurnalları (Peyvənd və Şəhrivənd) jurnal ya həftəlik qəzetələrində də milli istəklərimizi ara sıra yayımlaya bilmişik. Bizə olan milli zülmü aydınlatmaq üçün hər bir fürsətdən faydalanmağa çalışırıq. Bunu səsləndirmək üçün sadəcə siyasi görüşlər ya yazılar deyil, aksiyalarımız da olmuşdur. GAİP Kanadanın baş kəndi Ottavada iran adlanan ölkənin elçiliyi qarşısında dəfələrlə aksiya keçirib. Eləcə də Ontario parlmentinin qarşısında aksiyalarımız olub. Bundan əlavə olaraq Kanadada Ermənistan səfirliyi qarşısında və Kanada parlamentinin önündə də aksiyalarda iştirakımız olubdur. Bütün bu hallarda Güney Azərbaycanı gündəmə gətirməyə çalışmışıq. Bəlli miqdarda da Güneyin məsələləriylə tanış edə bilmişik. Dəfələrlə Kanada dövlətindən İranla əlaqələrini məhdudlaşdırmasını istəmişik. Bəzi hallarda buna yaxınlaşsaq da Kanada dövlətininin İranda insan haqqlarının tapdaladığına dair bəyanatından başqa bizim istədiyimiz səviyyədə Güney Azərbaycan problemləri hələki gündəmə gətirilməyib .Ancaq bütün bunlara baxmayaraq biz Güney Azərbaycan İstiqlal Partiyası olaraq Güney Azərbaycan məsələsini həm kanadada və həm də digər ölkələrdə yuksək səviyyədə hüquqi və siyasi müstəviyə gətirmək istəyirik və düşünürəm ki, bu istiqamətdə apardığımız fəaliyyət öz bəhrəsini verəcək. ancaq bunu da əlavə etməliyəm ki, biz dünyaya Güney Azərbaycanın problemləri ilə yanaşı onun Böyuk Orta Doğuda demokratikləşmə prosesinə musbət mənada təsir imkanlarını da başa salmalıyıq. Biz inanırıq ki, gələcəkdə bundan daha da artıq təsir imkanlarımız olacaq. Sədri olduğunuz Güney Azərbaycan İstiqlal Partiyası haqqında oxucularımızı məlumatdırmağınızı istərdik. Partiya nə vaxt yaranıb, indiyə kimi Güney Azərbaycan Milli Hərəkatı üçün hansı addımları atıb? İlk öncə Sizin sualınıza bir düzəliş etməliyəm və o da bundan ibarətdir ki, mən Güney Azərbaycan İstiqlal Partiyasının sədri deyil, onun sözçüsüyəm. Partiyamıza Mərkəzi Şura rəhbərlik edir və təhlükəsizlik nöqteyi-nəzərindən şuranın tərkibi gizli saxlanılır. Bilirsiniz ki, tək rəhbərli partiya və təşkilatların lideri gənəl olaraq rejimin apardığı müxtəlif təxribat fəaliyyəti ilə zəiflədilir və sonuc olaraq təşkilatın fəaliyyəti etkisiz hala düşür. Bu və başqa səbəbləri nəzərə alaraq partiyamız tək şəxs tərəfindən idarə edilmir, biz bir sıra təhlükəsizlik tədbirlərindən əlavə Mərkəzi Şuranı da qoruyan bir əmniyyəti sistem formalaşdırmışıq ki, bu sistem əsasında partiyanın fəaliyyətinə rəhbərlik edilir. Partiyamızın yaranışı haqda deməliyəm ki, Güney Azərbaycan İstiqlal Partiyası uzun muzakirələrdən sonra 2004-ci ilin dekabr ayında yaranmışdır. Partıya yarandığı gündən etibarən öz işini Güney Azərbaycanda və xaricdə qurmağa çalışmış və getdikcə üzvlərinin sayını artıra bilmişdir. Bununla yanaşı bu müddət ərzində partiyanın strateji mübarizə hədəflərinə yönəlik bir sıra ciddi planlar hazırlanmış və bunun əsasında Güney Azərbaycan milli azadlıq hərəkatı yolunda fəaliyyət istiqamətini genişləndirməyə başlamışdır. Partiyanın ne etdiyi barədə suala isə belə cavab verə bilərəm ki, Güney Azərbaycan İstiqlal Partiyası bu müddət ərzində həm Güney Azərbaycan daxilində, həm də xaricdə bir cox əhəmiyyətli fəaliyyətə imza atıbdır və əgər biz bu gün gördüyümüz işləri sadalasaq bir neçə kitab yaza bilərik. Amma bilginiz üçün bəzi çalışmalarımızın qısa başlıqlarına işarə edəcəyəm: GAİP Güney Azərbaycanda açıqcasına istiqlal proqramını ortaya qoyan yeganə təşkilatdır. Milli fəalları individualizm və dağınıq fəaliyyətdən cəm və mütəşəkkil fəaliyyətə cəlb edərək praktik mexanizm yarada bilmişik. Güneydə mütəşəkkil özəklər(qruplar) yaratmışıq. Bu gün Güneyin hər tərəfində özəklərimiz fəaliyyət göstərir və bəyanatlarımızla yanaşı digər fəaliyyətlərimiz də istisnasız olaraq Güney Azərbaycanın bütün şəhərlərində əhaliyə və evlərə çap formasinda yayılır. Divarlarda milli şuarlarimiz yazılır. Rejimin basqılarına baxmayaraq Güney Azərbaycan İstiqlal Partiyasının bayrağını Başkəndimiz Təbrizdə dalğalandırmışıq. Yapışdırdıqdan sonra Qopması imkansız olan yapışqanlı bayraq , yazı, şüar hazırlanıb və Güneyin bir çox şəhərlərində əhalinin daha sıx olduğu küçə, meydan və umumi yerlərdə yapışdırılıbdır və hələ də onları qopartmaq mümkün deyil. Sürpriz aksiyalar da həyata keçirmişik. Milli şüarlarımız Azərbaycanın hər tərəfində yazılmaqda, deyilməkdə və mənimsənilməkdədir. 1 Xordad (22 may) aksiyasında ciddi danılmaz və bir çoxlarının hələ də inana bilmədiyi və yaxud inanıb qəbul etmək istəmədiyi rolumuz olmuşdur. Zamanı gəlincə əlimizdə olan faktlarla bu haqda daha geniş danışa bilərik, ancaq qısa olaraq qeyd etməliyəm ki, hələ İran qəzeti təhqiramiz karikaturanı dərc etməzdən öncə GAİP xordad ayının 1-də (22 may) nəzərdə tutduğu aksiyasının keçiriləcək yerini, gününü və saatını müəyyən etmiş və yaymışdır. biz (22 may) aksiyasının üzərində geniş işləmışdik hətta Günaz TV-dən də yayınlamışdıq. Soruşa bilərsiniz ki, siz nədən məhz (22 may) 1 xordad gününü etiraz üçün seçmişdiniz ? Buna cavab olaraq deməliyəm ki, 1 xordad (22 may) Firudin İbrahiminin (o, Güney Azərbaycan Milli höküməti dövründə baş prokuror vəzifəsini icra edən milli kadırımız olmuşdur ) edam edildiyi gündür. əgər soruşsaniz ki, niyə Təbrizin Bazar ağzını aksiya üçün seçmişdiniz, o zaman bunu da əlavə edim ki, şah rejiminin cəlladları Azərbaycan milli höküməti ilə çalışmış bir cox insanı bu yerdə edam edib. Buna görə də yürüşün necə formalaşmasında qətiyyətlə birinci zərbə qolunu biz təşkil etmişdik, biz Bazar ağzına tam hazır getmişdik. Hətta polis quvvələrinin motosiklet və maşınlarının necə durdurulması üçün plan tökülmüş, intizamı qüvvələrin irəliləməsini necə əngəlləyəcəyimizi də əvvəcədən planlaşdırmışdıq. Əlbəttə dediklərim heç də bu anlamda deyil ki, o əzəmətdə hərəkatı sadəcə biz yaratdiq, bu qətiyyən belə deyil. Hətta hərəkat o qədər böyük oldu ki, qat - qat bizim gücümüzdən xaric bir aksiyaya çevrlidi. Amma bunu kəsinliklə deməliyəm ki, hətta o təhqiramiz karikatura qəzetdə çıxmasaydı belə yenədə 1 xordad üçün GAİP-in hazırladığı yürüş həyata keçəcəkdi. Sözsüz ki, bu böyüklükdə ola bilməyəcəkdi. Ancaq, karikatura yürüşün gözlənilməz dərəcədə əzəmətli olmasına səbəb oldu. 19 mayda mən şəxsən Günaz TV-dən çıxış edib elan etdim ki, 100 minlərlə azərbaycanlı yürüşdə iştirak edəcək. Verilişdən sonra Günaz TV-yə çoxlu telefon zəngləri gəldi və mənim bu sözümü tənqid etdilər ki, əgər yürüş alınmazsa, o zaman millətə nə deyəcəyik? Ancaq GAİP fəallarının verdiyi dəqiq bilgilərə və apardıqları çalışmalara əsasən mən dedim ki, emin olun ki, böyük yürüş olacaq. Əlavə edim ki, 22 may 2006-cı ildən sonra rejim öz hərbi və polis basqılarını bir neçə dəfə artırmış və milli fəallarımızın fəaliyyət imkanlarını məhdudlaşdırmışdır. Ancaq, bütün bu məhdudiyyətlərə baxmayaraq 2007-ci il və xüsusilə 2008-ci ildə demək olar ki, bütün təşkilatlar milli tarixi günlərimzdə istər 21 Azər, istər başqa mərasimləri sadəcə təbrik etməklə kifayətlənsələr də, GAİP Güneydə müxtəlif günlərdə aksiya və tədbirləri gərcəkləşdirə bilib. Misal olaraq, 21 Azərdə bəyanat yaymaq, fişəng atmaq, balonlar dizayn edib səmaya buraxmaq, tonqal qalayaraq ucalıqlarda təntənə yaratmaq, bayraq dalğalandırmaq, milli şüar yazmaq və ən sonu 21 Azər gecəsi saat 8-də həmahəng olaraq Bözqurd səsini yaymaqla əməli mubarizəmizi aparmağa davam edirik. Ana dili günü ərəfəsində bayrağımızın üç rəngini təmsil edən üçrəngli balonları səmaya göndərmək , fişəng atmaq və divarlarda təbrik mesajları yazmaqla bərabər, küçə tablolarında fars dilində yazılmış küçə və meydanların adları qaraldılaraq türk adları ilə əvəz olunur. Bununla yanaşı, müxtəlif milli günlərimizi bir türlü yaşatmağa çalışmışıq. Həmən il mehr ayının birində (sentyabr ayı) biz millətimizi yürüşə çağırdıq. Bu yürüş Təbriz və Urmuda elan olinmuşdur və fəallarımız Urmuda yürüşü gerçəkləşdirə bildilər. Başqa şəhərlərdə də aksiya formalaşdıra bildik. Təbii ki, mənim sizə söylədiyim bu qısa fəaliyyətdə görmək olar ki, GAİP Güney Azərbaycan daxilində gedikcə fəaliyyətini gücləndirə bilibdir və onun bu kimi fəaliyyəti bundan sonra da davam edəcəkdir . Bundan əlavə Güney Azərbaycan İstiqlal Partiyası xarici ölkələrdə özünün təmsilçiliyini qurmaq istiqamətində iş aparır, bir neçə önəmli ölkələrdə təmsilçilərimiz fəaliyyət göstərir və biz həmin ölkələrdə yaşayan Güney azərbaycanlıları da təşkilatlandırmağa çalışırıq və bilirik ki, güclü təşkilatımız olmadan haqlı səsimizi dünya dövlətlərinə çatdırmaq mümkün deyil. GAİP bu təmsilçiliklərin vasitəsi ilə Güney Azərbaycanın milli və siyasi istəklərini müxtəlif yerlərdə gündəmə gətirmək istiqmətində iş aparır və artıq partiyamız Avropa parlamenti ilə ilişgilərini qura bilib. Avropa parlamentinin önündə dəfələrlə Güney azərbaycan türkünün Milli haqlarını müdafiə etmək məqsədi ilə aksiyalar keçirmişik və bu istiqamətdə öz fəaliyyətimizi davam etdiririk. Bundan başqa rejimin həbsxanalarında ağır durumda saxlanılan milli fəallarımızın azad edilməsi ilə bağlı GAİP həm beynəlxalq insan hüquqlarını müdafiə edən təşkilatlara, həm də Avropa və digər Qərb ölkələrinin başçılarına dəfələrlə rəsmi müraciətlər etmiş və eyni zamanda dəfələrlə aksiyalar təşkil etmişdir. GAİP Kanada parlamenti ilə əlaqələrini qurmaqla yanaşı Kanadadakı İran səfirliyi qarşısında və eləcə də Ontario parlamentinin qarşısında aksiya keçirib. İngiltərə parlamentinin qarşısında, eləcə də BBC xəbər mərkəzinin qarşısında dəfələrlə fars rejiminin azərbaycan türklərinə qarşı apardıqları şovinist siyasətə etiraz olaraq aksiya keçirmişik. Millətimizə olan zülmü dünyaya çatdırmağa çalışmışıq. Dünyanın müxtəlif ölkələrində olan gedişlərdə aktiv iştirakımız olubdur. Dünya mediyasında Güney məsələsini səsləndirməyə çalışmışıq. Amerika yetgililərinə şikayət edərək imzatoplama kompaniyası qurmuşuq. VOA- da fəaliyyət göstərən fars şovinistlərini ifşa edərək, onların apardıqları birtərəfli və məqsədyönlü fəaliyyətə etiraz etmişik və bəzi hallarda bəzi yanaşmalara düzəliş verilməsinə nail olmuşuq. Təşkilatlararası münasibətlərimizi gücləndirmişik. Türk təşkilatları ilə əlaqəmizi dərinləşdirmişik. Türk ocaqları, Türk ülkü Ocaqları, Kərkük Türkləri ,Türkmənlər və s.. Türklərlə aktiv fəaliyyətimizi və ilişgilərimizi yaratmışıq. İran adlanan ölkədə zülm altında yaşayan millətlərlə əməkdaşlığa başlayıb və “Milli zülm altında yaşayan millətlərin öz müqəddəratını təyinetmə cəbhəsi”ni təşkil etmişik. Cəbhənin tərkibində Güney Azərbaycan , Ərəb, Türkmən təşkilatları var. Qeyd edim ki, bu cəbhədə kürd təşkilatı da var idi, ancaq kürd təşkilatlarından xəritə və loqolarının dəyişdirmələrini istədik ( Loqo və xəritələrində Azərbaycan ərazisini Kürdüstan kimi gostərirdilər) və bildirdik ki, əgər Cəbhədə qalmaq istəyirsinizsə, Güney Azərbaycana qarşı yersiz və qərəzli ərazi iddialarınızdan əl çəkməlisiniz. Onlar GAİP-in haqlı mövqeyi ilə razılaşmadılar və Cəbhədən ayrıldılar və hal-hazırda Cəbhədə hər hansı kürd təşkilatı yoxdur. Eyni zamanda partiya olaraq biz, Güneydə gedən hadisələri və prosesləri tez bir zamanda dünya mediasına və ictimayyətinə yaymağa çalışırıq. Artıq, uzun zamandır ki, bir cox media mənsubları Güneylə bağlı xəbələrin duz olub-olmadığını etibarlı mənbə kimi bizdən araşdırıb soruşurlar. Əvvəldə də sizə dediyim ki, bütün bunlar Güney Azərbaycan İstiqlal Partiyasının bu qısa müddətdə həyata keçirdiyi fəaliyyətin sadəcə başlıqlarıdır. Bununla yanaşı, biz Güney Azərbaycan İstiqlal Partiyası olaraq fəaliyyət proqramımızın daha sistemli və mütəşəkkil formada həyata keçirilməsində maraqlıyıq və bu istiqamətdə iş aparırıq və Güney Azərbaycanda milli istiqlal məfkurəsinin daha da kütləviləşməsinə çalışırıq. Bilirsiniz ki, apardığımız bu milli savaşda bu amil olduqca vacibdir və biz bunu nəzərə alırıq. Həmçinin, millətimizin milli və mənəvi dəyərlərinin özünə qaytarılması istiqamətinə maarifləndirici fəaliyyət proqramları üzərində işləyirik. Biz bilirik ki, Güney Azərbaycanda milli hərəkat daha sistemli formada təşkilatlandıqca, bizim bölgədə və iran adlanan ölkədə gedən proseslərə mövcud təsir gücümüz artacaq və daha səmərəli nəticə verəcək. Dediyim kimi, bu gün gücümüzü təşkilatlanmağa sərf edirik, çünkü son savaşımızın uzaq olmadığına kəsin inanırıq. Bu dəfə kəsin dövlətimizi qurmalıyıq. Dövləti qurmaq üçün güclu təşkilat lazımdır. Biz o güclü təşkilat olmağa çalışırıq və buna da böyük potansial var. GAİP kəsinliklə Müstəqil Güney Azərbaycanın keçid dövlətini təşkil edəcəkdir. Biz bunun əlamətlərini görürük. Azərbaycan ictimaiyyəti üçün maraqlıdır ki, Kanada siyasətçilərinin analitik mərkəzlərinin Güney məsələsinin həlli ilə bağlı baxışlar nədən ibarətdir və onlar konkret olaraq bu məsələdə hansı konsepsiyanı qəbul edirlər ? Bildiyimiz qədər Güney Azərbaycan İstiqlal Partiyası bu məsələdə konkret fikir ortaya qoyub. Bu haqda bəzi soydaşlarımız öz fikirlərini bir türlü dünya tərəfindən bəyənilmiş kimi göstərməyə çalışır və iddia edirlər ki, güya hansısa dövlət hansısa bir fikirlə razıdır, ya deyil. İlk olaraq bunu deməliyəm ki, nə Amerika, nə Kanada nə də Avropa, ya hər hansi ölkənin bizə istiqlal və ya hər hansı bir sistemin təmin edəcəyi inancında deyilik. Bizi sadəcə millətimizin iradəsi qane edir və sadəcə millətimizin iradəsinə tabeyik. Hansısa dövlətin bizə nəyisə diktə etmək səlahiyyəti yoxdur. Bəziləri öz əməlsizliklərini başqa dövlətlərin günahı və ya müxalifəti kimi göstərib millətimizdə ümidsizlik yaratmağa çalışırlar. Amma meydanda olub varlığımızı göstərdikdə anlayışla qarşılanmaya şahid olmuşuq. Həqiqətən beynəlxalq ictimaiyyət məsələyə belə yanaşır. Bu günə qədər göruşlərdə istiqlaliyətimizlə bağlı hər hansı bir müxalifət ya həssasiyyətlə üzləşmədik. Əksinə, hörmətlə qarşılanmışıq. Xüsusilə də 22 may 2006 - il yürüşləri bütün fərziyələri alt-üst etdi. O üzdən də beynəlxalq ictimaiyyət istiqlalımıza günu-gündən daha da müsbət yanaşmaqdadır. Nizamnamə və hədəflərimizi eşitdiklərində inanılmaz dərəcədə alqışlayırlar və etiraf edirlər ki, modern dövlət proqramınız var. Biz görüşlərimizdə “iran” termininin anti-demokratik, barışa qarşı və konflikt qaynağı olduğunu beynalxalq ictimaiyyətə elmi olaraq sübut edirik. 100 il iran adlanan ölkədə demokratiya istqamətində göstərilən çabaların bir-birinin ardından qanda boğulduğunu açıqlayırıq. O zaman barış və demokratiyanı zəmanət edən tək konsepsiya bağımsızlıqdır . Amerika prezidenti Barak Obama seçkilərdə İranda yaşayan Azərbaycan türklərinin hüqüqlarının pozulması, ana dilində məktəblərin olmaması ilə bağlı bəyanat verdi. Belə bir bəyanatın verilməsi siyasi - hüqüqi baxımından xalqımızın mənafeyini üçün mühüm əhəmiyyət daşıyır. Sizin bu haqda fikirlərinizi bilmək istərdik? Əlbəttə ki Amerika prezidentinin belə bəyanatı çox əhəmiyyət daşıyır. Əgər 1945-46-ci illərdə Trumen buna bənzər bəyanat vermiş olsaydı, kəsin Azərbaycan milli hökuməti qanda boğulmazdı. Bu bəyanatlar göstərir ki, biz səsimizi çatdıra bilmişik və hələlik bəyanat səviyəsində himayət olunur . Əlbəttə ki, bu bəyanatlar müsbətdir, ancaq bu şəraitdə bizi təkcə bu bəyanatlar qane etmir, biz əməli olaraq Güney Azərbayan milli hərəkatına siyasi ,hüquqi və mənəvi yardim etmələrini arzu edirik. Əgər Amerika kimi super gücə malik bir dövlət Güney Azərbaycan türkünün haqlı mübarizəsinə hansısa böyük maraqlar çərçivəsində yox, yalnız demokratiya və insan haqları çərçivəsində yanaşarsa, orada gedən prosesi daha düzgün təhlil edər və Güney Azərbaycanda gedən milli hərəkatı daha real qiymətləndirə bilər. O zaman Güney Azərbaycanda aparılan milli azadlıq hərəkatının mahiyyətinə digər ölkələr tərəfindən də düzgün yanaşılar. Hər halda bütün bunlara baxmayaraq. biz Güney Azərbaycanın yerləşdiyi coğrafi ərazinin əhəmiyyətini və Güney Azərbaycanın bölgədə aparılan demokratikləşmə prosesindəki rolunu bilirik və əminik ki, demokratik dəyərlərin mərkəzi olan Azərbaycan bu dəyərlərin inkişafinda müsbət rolunu göstərəcəkdir. Biz istərdik ki, aparılan milli və demokratik mübarizəmizin həm də bölgə üçün nə qədər əhəmiyyətli oldugunu dünyaya bildirək. Əgər dünya dövlərləri bizim apardığımız mübarizənin mahiyyətinə baxsalar görərlər ki, Güney Azərbaycanda milli və demokratik dövlətin qurulması onların da maraq dairəsindədir. çünki, biz Güney Azərbaycanın istiqlalını qurmaqla həm də bölgənin ehtiyacı olduğu demokratiya və insan haqlarını bu bölgəyə gətirmiş oluruq və dünya dövlətləri də iran adlanan ölkədə mərkəzləşmiş terrordan canını qurtarmış olur. Saleh bəy, bəzən tez - tez Azərbaycanın adının dəyişdirilib Şimali Azərbaycan Türk Respublikası adlandırılması ilə bağlı fikirlər eşidirik. Bu fikirlə bağlı sizin düşüncələrinizi bilmək istərdik. Əslində Azərbaycan bağımsızlığını elan edəndə bağımsız Quzey Azərbayan elan edilsəydi, Güney Azərbaycanın tanınmasında müsbət təsiri ola bilərdi. Yəni. Quzey Azərbaycanı eşidən hər kəsin beynində onun güneyinin də olması sorusunu yaradacaqdı. O dövrdə də bu söhbətlər oldu, amma daha müstəqil Azərbaycan dövləti elan edilmişdi. İndi onsuz da Güney Azərbaycan termini dünyada yerin tapib, hətta iran adlanan işğalçı rejim də milli fəallara verdiyi hökmlərdə də bu termini işlədir. Bu gün Avropa Şurası, Amerika, BMT, İnsan haqqları və s. ölkə və təşkilatlar bu termini işlədirlər. Ancaq bütün bunlara baxmayaraq, Azərbaycan Respublikası hər bir azərbaycanlının Vətəni və dövlətidir və bu dövlətin güclənməsi onun regional güc mərkəzinə çevrilməsi olduqca önəmlidir və biz bu önəmi dərk edərək Azərbaycanın siyasi, iqtisadi, hərbi və demokratik sahələrdə atacağı hər bir müsbət adımı dəstəkləyib onunla fəxr edirik. Azərbaycanda yaşayan vətəndaşların fərdi və ictimai hüquqlarına hörmətlə yanaşılması da vacib məsələlərdən biridir və Azərbaycan nə qədər demokratiya sahəsində inkişaf etsə. ölkə daha da güclu olacaqdır. Biz, bu istiqamətdə atılan addımları dəstəkləyirik, çünki Azərbaycan Respublikasında vətəndaş cəmiyyətinin formalaşması o anlama gəlir ki, ölkə daxilində yaşayan bütün vətəndaşların potensial imkanından ölkənin hərtərəfli inkişafi istiqamətində istifadə olunur. Sizin bu yaxınlarda Türkiyə Respublikasının Baş Naziri Rəcəb Təyyub Ərdoğana müracətiniz olmuşdur. Müraciətin əsas məğzı nədən ibarət idi? Məktubun əsas məqsədi budur ki, bölgədə hər hansı siyasi anlaşmada mütləq Güney Azərbaycan faktoruna diqqət edilməlidir. Bu gün təkcə Türkiyə deyil, Azərbaycan və eləcə də bölgədə mənfəəti olan bütün dövlətlər Güney Azərbaycan faktorunu stratejik anlaşmalarında nəzərdə tutmalıdırlar. çünkü, Güney Azərbaycanın istiqlalı qaçırıllmazdır və bölgədə dəngələri dəyişdirəcəkdir. Bu arada Turkiyədən əlavə Azərbaycan prezidentinə, Gürcüstan prezidentinə, Amerika prezidentinə müraciətlərimiz olmuşdur. Digər tərəfdən adı çəkilən məktubda AKP-nin fanatik dinçilərinin millətçilərə qarşı apardıqları basqılara son qoyulmasi istənilir. Bildiyiniz kimi bir çoxları bu basqılara etiraz etməkdənsə susmaği tərcih edirlər. Ancaq, biz inanclarımızı hər halda müdafiə etməliyik və məqsədimiz AKP- yə milli ideyadan nə qədər uzaqlaşdığına xəbərdarlıq etmək, Türkün kutsal ənənəsi olan Ergənəkonu terrorla eyniləşdirilərək millətçilərin tutuqlanmasının nə qədər yalnış olduğunu bildirməkdir. Eləcə də AKP-nin Ermənistana yandırdığı yaşıl işıq haqda xəbərdarlıqdır. Dediklərimizin eynisi Davos konfransında da göründü. Türkiyə cumhuriyyətinin baş naziri Rəcəb Təyyub Ərdoğan Davosda Qarabağı unudub, sanki türk deyil, bir ərəb kimi, Qəzzanın sözçüsi kimi danışdı . Bu məktub Türkiyə mediasında geniş yayıldı və sözümüzü Türk millətinə çatdıra bildiymiz inancındayam. Əlavə etməliyəm ki, Azərbaycan prezidentinə, Gürcüstan prezidentinə, Amerika prezidentinə də müraciətlərimiz olub və bundan sonra da davam edəcəkdir. ümumiyyətlə, bu kimi müraciətlərin ünvanlanması o zərurətdən irəli gəlir ki, bölgədə siyasi ekonomik anlaşmalarda Güney Azərbaycan faktoru nəzərə alınmalıdır, çünki, gələcəkdə Güney Azərbaycan bölgənin yeni müstəqil dövləti kimi öz xüsusi rolunu oynayacaq. Bütöv Azərbaycan uğrunda mücadilə aparan şəxs kimi sizə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sualımız var. Saleh bəy bildiyiniz kimi münaqişə ətrafında 14 ildən çoxdur ki, danışıqlar aparılır. Amma heç bir nəticəsi yoxdur. Siyasətlə məşğul olan şəxs kimi hansı addımlar atılmalıdır ki, torpaqlarımız azad olunsun. Heç bir işğalçı işğal etdigi torpağı öz xoşuna geri verməz. Ona güc göstərməsən, bir atdim da geri atmaz. Təbiidir ki, savaş fəlakət gətirər, amma bəzi hallarda savaş qaçılmazdır. Qarabağı kimsə alıb bizə verməyəcəkdir, o torpaqları biz özümüz almalıyıq. BMT-in Təhlükəsizlik Şurası ermənistan əleyhinə 4 qətnamə verib və təcavüzkar erməni qoşunlarının Azərbaycan ərazisindən qeyri-şərtsiz çıxmasını tələb edib. Amma hələ ki, erməni işğalçıları bir qarış da geri oturmayıblar. Bugünki durumda bütün dünya ictimaiyyəti Azərbaycan ərazi bütövlüyünü rəsmiyyətdə tanıyaraq ermənistan işğalçı dövlətini məhkum edib və sülh yolu ilə məsələnin həllini istəyirlər. Bu normaldır, çünkü onların toprağı işğal olmayıb ki, bilsinlər müzakirə ilə topraq alınmaz. Bizcə ortaya güc qoymadıqda müzakirə də nəticəsiz qalacaqdır. O üzdən də bu gün Azərbaycan bu məsələni daha da sürətləndirməli və ermənilərin topraqlarımızdan çıxmasına bəlli zaman qoymalıdır ki, əgər bu zaman içində çəkilməsə, hərbi yolla erməni işğalçılarını topraqımızdan çıxardacayıq. Erməni işğalçıları çıxmadıqları halda verilən möhlət bitdikdə dərhal hücum başlamalıdır. Azərbaycanın bu gün buna həm beynəlxalq baxımdan haqqı var, həm də hərbi baxımdan o, bu müharibəyə hazırdır. Ermənistan isə zəif durumdadır, ekonomik fəlakətlə üz-üzədir və iqtisadi böhranlarla daxili problemləri də çoxalmaqdadır. Azərbaycan daha güclü durumda olduğundan bu fürsəti qaçırmamalıdır. Biz Güney Azərbaycan İstiqlal Partiyası olaraq Qarabağımızın azadlığı üçün cəbhədə savaşa hazırıq. Son olaraq suallarımızı cavablandırdığınıza görə sizə öz təşəkkürümü bildirərəm və Azərbaycana arzunuz?
Tehran ABŞ-ın dondurulmuş aktivlərlə bağlı planı barədə xəbərlərə etiraz edir
Əraqçi ABŞ-a: Təhlükəsiz qalmaq istəyirsinizsə, bölgəni tərk edin
BMT İranla bağlı xüsusi nümayəndəsini Vaşinqtona göndərdi
CENTCOM: İrana qarşı müdafiə xarakterli əməliyyatları tamamladıq
ABŞ İrana hücum etdi
İranlı deputat Azərbaycanı təhdid edib: Azərbaycan 3-4 saata xəritədən silinər
Böyük Britaniya bildirib ki, düşmən dövlətlərin proksi qüvvələrinə qarşı yeni qanun gələn aydan qüvvəyə minəcək
Baş Qərargah rəisi: İsrail İrana ağır zərbə planlaşdırıb və müharibəyə qayıtmağa hazırdır
Fars əyalətində 13 nəfərin əmlakı müsadirə edildi
Pakistan və Livan ordu başçıları görüş keçiriblər
Qəzvin Toli-Press fabriki bağlı qalmağa davam edir
İsrail səfiri İranın Livanı ABŞ-la danışıqlara tabe etmək cəhdini rədd edib
İranın ərəb qonşuları neft daşımalarını davam etdirmək üçün “qaranlıq” transferlərə üz tutur
Netanyahu: İsrail İrana zərbə endirməyi dayandırıb, lakin hər hansı bir hücuma cavab verəcək
Hindistan səfirliyi çağırış etdi: İranı tərk edin
SEPAH İraqda kürd qruplaşmalarının düşərgəsini vurdu
İranlı deputat: “Sakitlik və sabitliyə gedən yol müharibədən keçir”
İsrail mediası: Hədəflər İran hava məkanına daxil olmadan vurulub
İran məhkəmə sistemi 3100-dən çox şəxsi “düşmənlə əməkdaşlıqda” ittiham edir
Mahşəhrdə neft-kimya Zavodu vuruldu
İran təhlükəsizlik məmurları iki mülki şəxsi öldürdü
“Binab kababı”nın qlobal qeydiyyatı üçün bəlgə hazırlanır
15 ildən sonra Azərbaycan Sulduz (Nəqədə) bataqlığı daşıb
Qərbi Azərbaycan əyalətində silah-sursat aşkarlanıb
Geosiyasi fürsət: Hörmüz boğazının bağlanması və Rusiya-Ukrayna müharibəsi fonunda Azərbaycanın əhəmiyyəti artır
İranın etnik qrupları güc balansını dəyişə bilər – RƏY
El-Ninyo geri qayıdır; bu ilki qeyri-adi yağıntılar davam edəcəkmi?
Livan prezidenti İranın müdaxiləsinə sərt reaksiya verdi
BƏƏ İran hücumlarına vahid cavab verməyə çağırır
Xaməneinin dəfn mərasimi ilə bağlı xəbər təkzib edildi
ABŞ blokadasından sonra İraqın Ümm Qəsr limanı İran üçün yeni tranzit mərkəzinə çevrilib
ABŞ Küveytə 1,98 milyard dollarlıq antidron sistemlərinin satışını təsdiqləyib
Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Baraka hücumundan sonra nüvə riskləri barədə xəbərdarlıq edib
Bəhreyn İranın Bəhreyn və Küveytə raket hücumlarını qınayıb
Ukrayna pilotsuzu Rumıniyada partladı; NATO narahatdır
Elyar 27 günlük hüquqi mübarizədən sonra doğum haqqında şəhadətnamə ala bilib
Təbrizdə qadın məhbus edam edilib
İran, Rusiya və Çin nümayəndələri Qrossi ilə görüşüb