SON XƏBƏRLƏR

Əhəmədinejad Serj Sarkisyanı İran adlanan yerə dəvət edib

2021.10.20, 07:36
Əhəmədinejad Serj Sarkisyanı İran adlanan yerə dəvət edib

Gunaz.tv
ahmedinejat-sarkisyan.jpg İran adlanan yer Ermənistanla münasibətlərin səviyyəsindən razıdır “Ermənistan və İran arasındakı münasibətlər qarşılıqlı hörmət və dostluq üzərində qurulub və bu da ikitərəfli əməkdaşlığın inkişafı üçün münbit zəmin yaradır”. Lent.az-ın “PanARMENIAN.Net” saytına istinadən verdiyi məlumata görə, bu barədə İranın xarici işlər naziri Mənuçöhr Möttəki Ermənistana rəsmi səfəri zamanı bildirib. Möttəki son 4 ildə Ermənistana dördüncü dəfə səfər etdiyini vurğulayıb: “Biz nəqliyyat, energetika və digər sahələrdə əməkdaşlığa diqqət yetiririk. Tehran İran-Ermənistan əlaqələrinin hazırkı səviyyəsindən razıdır”. Möttəki Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüş zamanı İran prezidenti Mahmud Əhmədinejadın Ermənistan prezidenti Serj Sarkisyana rəsmi dəvətini çatdırıb: “Güman edirəm ki, bu səfər ikitərəfli münasibətlərin genişlənməsi və güclənməsinə əlavə stimul verəcək”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar