SON XƏBƏRLƏR

ABŞ İran adlanan yerin “Nabukko” layihəsində iştirakına etiraz edir

2021.10.20, 07:36
ABŞ İran adlanan yerin “Nabukko” layihəsində iştirakına etiraz edir

Gunaz.tv
ABŞ İran adlanan yerin “Nabukko” layihəsində iştirakına etiraz edir abskonqres.jpg ABŞ Rusiyadan yan keçməklə Xəzərdən Avropaya təbii qazın nəqlini nəzərdə tutan “Nabukko” layihəsində İran adlanan yerin iştirakına hələlik etiraz edir. bu fikirləri ABŞ dövlət katibinin müavininin köməkçisi Metyu Brayza bu gün Ankarada keçirilən beynəlxalq neft və qaz konfransında bəyan edib: “Hazırkı mərhələdə ABŞ administrasiyası İran adlanan yerin “Nabukko”da iştirakına müsbət baxmır” Konfransda çıxış edən Avropa Komissiyasının enerji siyasəti və təhlükəsizlik departamentinin rəhbəri Jan Arnold Vinua bildirib ki, Avropa İttifaqına üzv ölkələrin “Nabukko” ilə bağlı danışıqları müsbət gedir: “Əgər “Nabukko” ilə bağlı hökumətlərarası sazişin imzalanması haqqında razılıq əldə olunsa, bu digər layihələr üçün stimullaşdırıcı faktor olacaq”. Vinua bildirib ki, 2009-cu il “Nabukko” qaz kəmərinin və Cənub enerji koridorunun inşasının reallaşması üçün çox vacib ildir: “Cənub enerji koridoru barəsində danışanda, biz yalnız “Nabukko”nu yox, enerjidaşıyıcıların digər mənbələri barədə danışırıq. Qazaxıstandan Misirə gədər uzanan Cənub enerji koridoru 100-120 milyard kubmetr qaz nəql etmək potensialına malikdir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar